Ana səhifə / Siyasət / “Ziya Məmmədov və oğlu istintaqa cəlb edilsin” – Nazirə qarşı şok tələb

“Ziya Məmmədov və oğlu istintaqa cəlb edilsin” – Nazirə qarşı şok tələb

Xəbər verdiyimiz kimi, Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhdin qarşısının alınması, bu hadisənin fəal fiqurlarının zərərsizləşdirilməsi, həbslərin hələ də davam etməsi Azərbaycandakı “gülən şəbəkəsi”ni təşvişə salıb.
Məlumata görə, Fətullah Gülənin Azərbaycandakı dəstəkçiləri onlara qarşı da əməliyyat keçirilə biləcəyini ehtimal edirlər və bundan çox narahatdırlar. Hətta Azərbaycanda Fətullah Gülən tərəfdarlarının çevriliş etmək imkanında olduğu bir sıra şəxslər tərəfindən qeyd olunur.
Xatırladaq ki, iki gün əvvəl Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb. Bu barədə “Trend”ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sultanov qeyd edib ki, Azərbaycanda Gülən tərəfdarlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Baş Prokurirluğunun rəsmisinin sözlərinə görə, hazırda bu cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pia.az-a verdiyi açılamasında qeyd edib ki, bizim hakimiyyətdəki Gülənçilərə görə ölkəmiz də pis vəziyyətə gəlib çıxıb. Ölkəmizin ağır vəziyyətin danmaq olmaz və bu vəziyyəti görməyən də kordur: “Mən Azərbaycandakı Gülənçiləri Heydər Əliyevə xəyanət edənlərlə əvəzləyirəm. Çünki Gülənçilərin Azərbaycan hakimiyyətində mövqeyi belə idi: Misal üçün Gülənçi kimisə vəzifəyə girmək istəyirdi. Deyirdilər o vəzifəyə 2 min pul lazımdır. Gülənçilər də 5 milyon verib həmin vəzifələri tuturdu. Bu günlərdə türk və başqa ölkələrin mətbuarları da yazdı ki, Ziya Məmmədovun oğlu Anar Məmmədovun Gülənlə sıx əlaqləri olub. Mən bu haqqda 6-7 ay əvvəl demişdim. Amma heç bir tədbir görülmədi. Çünki Gülənçilər Azərbaycan hakimiyyətində dövləti çökdürməklə məşğuldular. Bu o demək deyil ki, onlar indi əllərinə silah alıb çevriliş edəcəklər. Onlar çevrilişi yavaş-yavaş edirlər. Yəni milləti incidirlər, milləti dövlətdən narazı salırlar və milləti dövlət başçısının üzərinə qaldırırlar. Əgər Gülənlə Ziya Məmmədov və oğlu sıx əlaqədədirsə, onda Ziya Məmmədov niyə hakimiyyətdə qalmalıdır? Yaxud da Anar Məmmədovun qaynatası Heydər Əsədov niyə hakimiyyətdə qalmalıdır? Onlar Azərbaycanda ancaq talançılıqla məşğuldular. İndi yatıb durursan görürsən hər şeyin qiyməti qalxıb. Yəni bütün bu işlərin hamısın Gülənçilər edirlər.
Azərbaycan Parlamentinin də əksəriyyəti Gülənçilərdən ibarətdir. Buna görə prezident tədbir görə bilmir. Prezident tək adamdı, o xarici siyasətlə məşğul olsun, yoxsa daxildə müəyyən çaxnaşmaların qarşısın alsın. Bu sahəyə baxan məmurlar cavab verməlidir, amma vermirlər. Onlar ancaq xəyantlə məşğuldurlar. O xəyanət edənlər hər an çalışırlar ki, Azərbaycanda dövlət çevrilişi etsinlər və xalqı prezidentin üzərinə qaldırsınlar. Onlar bu məqsədlərinə qismən nail olmağa başlayıblar.
Bu məsələlərlə məşğul olmaqdan ötrü sağlam düşüncəli, prezidentə sadiq olan insanlar onun yanında olmalıdır. Mən boşuna demədim ki, vitse-prezident olsam, bu məsələlərin hamısı aradan qalxacaq. Çünki tamahımız yox, vətənə sadiqəm, prezidentə 20-30 ildi sadiqəm və s. Hakimiyyətə bizim kimi adamlar lazımıdr ki, ölkəni irəli aparsın prezident də xarici siyasətlə məşğul olsun. Yəni ölkə daxilində sağlam adamlara ehtiyac var. Amma hələ ki, o sağlam adamlara imkan vermirlər. Mən düşünürəm ki, hakimiyyət daxilində olan xəyanətkarlar, Gülənçilər bir gün öz cəzaların alacaqlar. Azərbaycanda Baş Prokurorluq Güləçilərlə bağlı iş qaldırıb, amma bu da formal bu işdir. Mən əsas adamların adın dedim. Prokuratura getsin Ziya Məmmədovu, onun oğlun, Heydər Əsədovu istintaqa cəlb etsin.
Biz prezidentin arxasında dayansaq, o ölkəni bu daxili quldurlardan təmizləyər və ətrafına sadiq adamlar yığar. Neçə ay bundan əvvəl prezident fərman verdi ki, sahibkarların malları yığılsın, amma Kənd Təsərrüfatı naziri heç bir tədbir görmədi. Bundan da böyük xəyanət olmaz. Bütün bunlar hamıya məlum olan məsələlərdir. Türkiyə ilə biz qardaş ölkəyik. Ona görə də türklərin Gülənçilərlə bağlı bizdən istəklərini qulaq ardına vurmaq olmaz. Amma yenə qeyd edim ki, bizim hakimiyyətdəki Gülənçilərə görə elə bizim öz ölkəmiz də pis vəziyyətə gəlib çıxıb. Ölkəmizin ağır vəziyyətin danmaq olmaz və bu vəziyyəti görməyən də kordur. Amma mən şam kimi əriyirəm ki, az da olsa bu xalqa kömək edə bilim. Prezident də ilk növbədə ətafındakı anti-Heydərçilərdən, anti-İlhamçılardan canın qurtarmalıdır. Yalnız bundan sonra Azərbaycan xalqı rahat nəfəs ala bilər”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın