Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Aztelekom”a təyin edilən yeni rəhbəri kim və niyə gizlədir?

“Aztelekom”a təyin edilən yeni rəhbəri kim və niyə gizlədir?

Ölkə.az-a bu dəqiqələrdə daxil olan məlumata görə, bu gün “Aztelekom MMC”yə yeni rəhbər təyin olunub.

Təyin olunan yeni rəhbər hələlik işçi heyətinə təqdim olunmasa da, artıq direktor kabinetindədir. Daxil olunan digər məlumata görə isə, təyin edilən şəxs direktor vəzifəsini müəyyən müddətə qədər müvəqqəti icra edəcək, çünki “Aztelekom MMC”nin yaxın günlərdə ya ləğv ediləcəyi, ya da başqa bir idarəyə birləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, “Aztelekom MMC”nin bundan əvvəlki baş direktoru Məhəmməd Məmmədov məşhur “MTN işi” ilə bağlı həbs edilib.

Məsələnin detallarını araşdırırıq. Əldə edəcəyimiz yeni məlumatları oxucularımızla bölüşəcəyik.

P.S. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Zəng etdiyimiz nömrələrə cavab verən nazirliyin bütün məsul şəxsləri bizi bir-birinin üzərinə yönləndirərək sualımıza cavab vermədilər. Ümid edirik ki, yeni nazir qurumunda mətbuatla bağlı məsul olan şəxslərə öz vəzifələrini başa salacaq və mətbuata düzgün informasiyanın vaxtında verilməsinin vacibliyini izah edəcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın