Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / JuHİ jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” təqdim etdi

JuHİ jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” təqdim etdi

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib.
Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist riskli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən nəzarətə götürülür. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, deyə Müşfiq Ələsgərli bildirib.
JuHİ sədri qeyd edib ki, BJF-nin riskli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq üçün göstərdiyi yardıma risk yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risklərdən yayınmaq üçün istiqamət verir”.
Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:
– Jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək,
– BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə sayqılı yanaşmaq,
– BJF-nin yerli təmsilçi təşkilatı ilə sıx əməkdaşlıq etmək
və sair kimi məqamlar daxildir.
Bu il “Beynəlxalq media vəsiqəsi” 2015-ci il müraciəti əsasında BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvləri: “Azadinform” İA baş redaktoru Niyaz Niftiyev, “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova, “AzNews.az” saytının baş redaktoru Elçin Zahiroğlu, araşdırmaçı jurnalist Seymur Verdizadə, “Todays.az” portalının baş redaktoru Vüqar Ağamalıoğluna verilib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın