Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Avropa Parlamentinin qarşısında kəlbəcərli əsirlərlə bağlı aksiya keçirilib

Avropa Parlamentinin qarşısında kəlbəcərli əsirlərlə bağlı aksiya keçirilib

Hüquq müdafiəçisi azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini əlində tutaraq, onlara azadlıq tələb edib

Fevralın 16-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin təşkil etdiyi “Avropada Antisemitizm və İslamofobiya meylləri” adlı beynəlxalq tədbirə dəvət olunan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov tədbirdən öncə Avropa Parlamentinin qarşısında səssiz aksiya keçirib. Əlində Kəlbəcərdən olan azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini tutan hüquq müdafiəçisi onlara azadlıq tələb edib.

Əhməd Şahidovun dinc aksiyasına müdaxilə edən Avropa Parlamentinin təhlükəsizlik xidmətinin əməkdaşları hüquq müdafiəçisinin aksiyasını yarımçıq kəsiblər. Buna baxmayaraq, Avropa Parlamentinə gələn diolomatlar və qonaqlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini görüb və uzaqdan fotolar çəkiblər.

Bir Azərbaycan gənci olaraq, öz borcunu yerinə yetirdiyini deyən Əhməd Şahidov müdaxiləyə baxmayaraq, səssiz aksiyanı baş tutmuş hesab edib və gələcəkdə də Avropanın müxtəlif ölkələrində analoji aksiyaların təşkil ediləcəyini bildirib.

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …

Bir cavab yazın