Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “İmamzadə” kompleksində təmir və bərpa işləri başa çatdırılıb

“İmamzadə” kompleksində təmir və bərpa işləri başa çatdırılıb

Gəncə şəhərinin 7-ci kilometrliyində yerləşən “İmamzadə” kompleksində təmir və bərpa işləri başa çatdırılıb. Bu gün kompleksin açılışı olacaq.
Kompleksdə dövlət vəsaiti hesabına əsaslı yenidənqurma və bərpa işləri aparılıb. Binalar üzlənib və daxili interyerdə bəzək işləri aparılıb, Hüseyniyyə və Zeynəbiyyə adlanan hər birinin 200 nəfər tutumu olan zallar tikilib, ziyarətgahın üstündə 28 metr hündürlüyündə gümbəz, tikilinin sağ və sol hissəsində 2 minarə, kompleksin həyətində isə mehmanxana inşa edilib.
“İmamzadə” dini kompleksinə aid olan tikililərin daxilində xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Tikilinin həyəti kərpiclə hasara alınıb. Kompleksin hasarları kərpic elementləri ilə bəzədilib. 600 kv.metrlik ərazidəəsas giriş xüsusi layihə ilə hazırlanıb.
2010-cu ildən əsaslı təmirinə başlanılan kompleksin yerləşdiyi 2,5 hektar ərazidə 36 kiçik və 5 böyük günbəzdən ibarət məscid, 200 kv.m ərazisi olan qurbangah, 1000 nəfərlik ehsangah, 500 avtomobillik 2 dayanacaq inşa edilib. Ərazidə müasir işıqlandırma sistemi, piyadaların rahat hərəkəti üçün səkilər yenidən qurulub. Kompleksin ətrafında yaşıllıq zolaqları salınıb. Həmişəyaşıl və dekorativ ağaclar əkilib.
“İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir.
Bu kompleks orta əsrlər dövrünə aid edilən ən mühüm dini və tarixi abidələrdəndir.
Tarixi mənbələrə görə Gəncə İmamzadə Pirində – V İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn olunub.
Türbə bu kompleksin ən qiymətli abidəsidir.
Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib.
“İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası, habelə kompleksə gedən yolun tikintisi məqsədilə bir neçə sərəncam imzalayıb. report.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın