Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Almaniyada hicab sərbəst oldu

Almaniyada hicab sərbəst oldu

Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn-Vestfaliyada hicab qadağası ləğv olunub.

ANS PERESS-in məlumatına görə, əyalət parlamenti məktəblərdə qadın müəllimlərin hicab geyinə biləcəyinə qərar verib. Bildirilir ki, qadağanın ləğv olunması üçün parlamentdə keçirilən səsvermədə Sosial Demokrat, Yaşıllar, “Piratlar” partiyası ilə Xristian Demokratlar birliyi lehinə, Liberal Azad Demokratiya partiyası əleyhinə səs verib. Bu qərardan sonra müəllimlər ölkənin ən çox əhalisi olan və ən böyük əyalətində hicabla dərslərə girə biləcəklər.

Qeyd edək ki, Şimali Reyn-Vestfaliya əyalətində bir milyona yaxın türk miqrant yaşayır. Federal Konstitusiya məhkəməsinin keçən ilin mart ayında məktəblərdə hicab qadağasını prinspial olaraq yasaqlamasından sonra əyalət parlamenti hicabın sərbəst olması üçün işə başlamışdı. Ölkədə hicab qadağasını ləğv edən ilk əyalət isə Bremen olub.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın