Ana səhifə / Siyasət / Rus nazir “Bakı-2015″dən danışdı

Rus nazir “Bakı-2015″dən danışdı

“Bakıda keçirilən I Avropa Oyunları gələn il olacaq yarışlar, Rio Olimpiadası üçün hazırlıq mərhələsi olub”. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın idman naziri Vitali Mutko deyib.
O, bildirib ki, Azərbaycan paytaxtı Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak edən rusiyalı idmançıların böyük əksəriyyəti möhtəşəm çıxış edib. “Bakıya həqiqətən təcrübəli idmançılar və gənclər toplaşmışdı”.
Lakin rusiyalı nazir bundan arxeyinləşməyin lazım olmadığını, irəli hərəkət edilməli olduğunu deyib.
“Yaxın zamanlarda Bakıdakı yarışlarla bağlı federasiya rəhbərlərini toplayacağıq. İdmançıların vaxtı yoxdur. Onların qrafiki gərgindir, mane olmaq istəmirik”.
I Avropa Oyunlarının açılış mərasimi iyun ayaının 12-də baş tutub. 17 gün ərzində onlarla ölkədən olan 6 min idmançı 20 idman növü üzrə qüvvəsini sınayıb. Medal siyahısına isə Rusiya başçılıq edib. Şimal qonşumuzun aktivində 164 medal var. Onlardan 79-u qızıldır. İkinci yerdə isə Azərbaycan qərarlaşıb – 56 medal.
Bakı-2015 dünyanı heyran edən açılış və bağlanış mərasimləri ilə daha çox yadda qalıb. Bağlanaış mərasimi ötən gün Olimpiya stadionunda baş tutub. Təntənəli mərasimi birbaşa efirlə bütün dünyada 800 milyona yaxın tamaşaçı izləyib.
Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi şousuna Ceyms Hadley rəhbərik edib. Şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirib. Bu möhtəşəm tədbiri təqdim etmək üçün 10000 pirotexniki vasitədən istifadə edilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın