Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Siyasət / 7 saylı internatda yetimin malını yeyirlər – İDDİA

7 saylı internatda yetimin malını yeyirlər – İDDİA

7 saylı internat evində uşaqlar aclıq çəkir. Direktor Pərvanə Səfərovanın bu müəssisənin sakinlərinə qarşı qeyri-humanist davranışı müxtəlif fəsadlara yol açır.

Azinforum.az  bizimdovr.az-ın yaydığı məlumata əsasən qeyd edir ki, Saray qəsəbəsində yerləşən 7 saylı internat evində baş verən bir çox qanun pozuntuları əndazəni aşıb. 405 yerlik internat evində hazırda 125 nəfər uşaq yaşayır.
Bayramlarda, xüsusi günlərdə bura imkanlı adamlar kifayət qədər böyük məbləğlərdə ifadə olunan maddi yardımlar gətirirlər. Lakin bu müəssisəyə rəhbərlik edən Pərvanə Səfərova burada yaşayan insanlara göstərilən dövlət qayğısını da, ictimai diqqəti də az qala heçə endirir. 7 saylı internat evinin direktoru rəhbərlik etdiyi müəssisədə mütəmadi olaraq bir çox qanunsuz əməllərin həyata keçməsinə zəmin yaradır.
Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış xəstə uşaqlar dövlətin, ictimai qurumların və ayrı-ayrı şəxslərin göstərdikləri qayğıdan yararlana bilmirlər. Belə ki, müəssisə rəhbərliyi həmin yardımların mənimsənilməsinə birbaşa şərait yaradır. Müəssisəyə xəstələr üçün göndərilən ərzaqların əksəriyyəti isə qəsəbədəki mağazalarda satılır.
Hər gün demək olar ki, 5-10 imkanlı şəxs avtomobillərlə yardım məqsədilə bu müəssisəyə qoyun və inəklər kəsib gətirir və xəstə uşaqlara verilməsi üçün direktora təqdim edirlər. Amma, həmin ətlərdən xəstə uşaqlara bir tikə də olsa verilmir. Ətlər dərhal xüsusi adamlar vasitəsilə Saray qəsəbəsi və Sumqayıt şəhərində fəaliyyət göstərən xüsusi ət dükanlarına ucuz qiymətə satılır. Məsələn, müəssisə rəhbərinin tapşırığı ilə dana ətinin bir kiloqram 4 manat, qoyun ətinin kiloqramı isə 6 manat 50 qəpikdən dükanlara satılır.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın