Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / «Beloçka» tumları qanunları necə pozur? – VİDEO

«Beloçka» tumları qanunları necə pozur? – VİDEO

Yay aylarında bol –bol yeyilən və yayın demək olar ki, vazkeçilməz çərəzlərindən biri günəbaxan tumudur.

Günümüzdə bekarlığın çarəsi hesab edilən bu çərəz həm də bəzən zibillik mənbəyinə çevrilir. İstehsalçılar isə məhsullarının satışını gücləndirmək üçün uduşlu kampaniyalar həyata keçirir. Elə götürək “Beloçka” günəbaxan tumlarını. Hər gün reklam çarxlarında bu tumun alıcılarına qazandıracağı həddiyələr nümayiş edilir. Lakin reallıq budur ki ,kuponlarda demək olar ki, ancaq “Bəxtinizi bir daha sınayın” sözləri yazılır və ya qablaşdırmadan kupon belə çıxmır.

“Beloçka” günəbaxan tumlarının alıcıları aldatması bununla da bitmir. Belə ki, qablaşdırmaların üzərində istehlakçıların müraciət etməsi üçün qeyd edilən telefon nömrələri işləmir. Bu isə Standartlaşdırma Meterialogiya və Patent üzrə Dövlət Komitəsinin tələblərinin pozulması deməkdir. Məsələni aydınlaşdırmaq məqsədi ilə, BTV olaraq Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. O bildirdi ki, sadalanan hallar həqiqətən də alıcıların hüquqlarının pozulmasıdır və bu yol verilməz haldır .
Sədr sonda onu da qeyd etdi ki, məsələ ilə bağlı məsul qurumlar üzərinə düşən öhdəliyi yerinə yetirib, bu tip istehsalçılara verilən lisenziyaları geri almalıdır.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın