Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Siyasət / Avropa Oyunlarını «Bakı Oyunları» kimi yazanların məkri…

Avropa Oyunlarını «Bakı Oyunları» kimi yazanların məkri…

Bakıda keçiriləcək Avropa Oyunlarının tarixi yaxınlaşdıqca, maraqlı təzyiqlərlə üzləşirik.
Azərbaycanın bir dövlət olaraq iradəsinin möhkəmliyini görən bəzi dairələr indi də müəyyən psixoloji hücumlara keçiblər. Məlumdur ki, böyük təbirlər bütün təqdimatlarda və ya rəsmi sənədlərdə öz adı ilə çağırılır. Ancaq az sayda olan beynəlxalq sənədlərdə Oyunların adı məqsədli şəkildə dəyişdirilərək «Bakı Oyunları» kimi təqdim olunur. Belə hallardan birinə nəzər salaq. Mayın 12-də Avropa Parlamentində aparılan qərəzli müzakirələrdə keçiriləcək yarışmanın adı «Bakı Oyunları» kimi verilib.
Belə bir yanaşma nədən xəbər verir?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, bu, Azərbaycana qarşı açıq təxribatdır: «Demokratiyadan danışan dairələrin belə əməllərə qol qoyması faciədir. Azərbaycanda insan haqlarının pozulmasını iddia edən qurumlar və dövlətlərin özləri saxtakarlığa yol verir. Mən deyərdim ki, artıq bu, axırıncı yoldur. Azərbaycan edilən bütün təzyiqlərə sinə gəldi. Gördülər ki, təzyiqlər effekt vermir. İndi də keçiblər belə üsullara. Bununla da heç nə əldə olunmayacaq. Məqsəd çaşqınlıq yaratmaqdır. «Bakı Oyunları» təsadüfən deyilmir. Bildirmək istəyirlər ki, bu Oyunlar Bakının özündən başqa heç kimə lazım deyil. Ancaq gedən kampaniyadan, görülən işlərdən də nə qədər yanıldıqlarının fərqindədirlər. Tədbirin adı Avropa Oyunlarıdır. Sevimli paytaxtımız olan Bakı isə ona ev sahibliyi edir. Narahat olmasınlar, həmin tədbir ən yüksək səviyyədə keçiriləcək».
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Heydər Əliyev” ordeni kimlərə verilib – Tam siyahı

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi …

Bir cavab yazın