Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bakıda bəzi binaların “ölüm üzlü”yü ilə bəzədilməsi davam etdirilir – FOTOLAR

Bakıda bəzi binaların “ölüm üzlü”yü ilə bəzədilməsi davam etdirilir – FOTOLAR

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər: “Yaşadığımız bina “Azinford” şirkətinə məxsus plastik üzlüklərlə bəzədilir”

Mayın 19-da Bakının Binəqədi rayonu ərazisində baş verən dəhşətli yanğın hadisəsindən sonra paytaxtın bəzi binalarında plastik üzlüklərin sökülməsi barədə xəbər vermişdik. Mərkəzi küçələrin bəzilərində hələ də binaların həmin təhlükəli örtüklərlə bəzədilməsi prosesi davam edir.
İsmayıl bəy Qutqaşınlı küçəsi 1b-də işlər davam etməkdədir. Sakinlərin etirazlarına baxmayaraq, hazırda həmin ərazidə proses sürətlə gedir.
Bu barədə müsavat.com-a İ.Qutqaşınlı küçəsinin sakini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər məlumat verib: “Dünən baş verən hadisədən sonra bina sakinləri qərara aldılar ki, etiraz edək. Yaşadığımız bina “Azinford” şirkətinə məxsus plastik üzlüklərlə bəzədilir. Hələ tam işlər bitməyib. Binanın bir üzü örtüklə bəzədilib. Qərara almışıq ki, etirazımıza əməl etməsələr, özümüz üzlükləri sökək. 9-cü mərtəbədə qalıram. İş də həmin mərtəbədə başlayıb. Etiraz etdim və işi dayandırdım. İlham adlı rəhbərə özümü təqdim etdim və bildirdim ki, mətbuata xəbər verəcəm. Partiyaların toplantısı olacaq. Orada da məsələni qaldıracam. Hələ ki, iş müvəqqəti olaraq dayanıb. Bir müddət öncə həmin materialların tullantılarında yanğın baş vermişdi. Sakinlərin köməyi ilə tez söndürülmüşdü. Qısa müddətdə zəhərli qaz binaya dolmuşdu. Bu fakt və dünən baş verən hadisə minlərlə insanın təhlükədə olduğuna işarədir”.
Mövzunu diqqətdə saxlayacağıq.










Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın