Şənbə , Aprel 27 2024
Ana səhifə / Müsahibə / Tovuz sakininin Ermənistana keçməsi xəbəri araşdırılır – RƏSMİ

Tovuz sakininin Ermənistana keçməsi xəbəri araşdırılır – RƏSMİ

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Tovuzun Yanıqlı kənd sakini olduğu iddia edilən Zöhrə Vardzor qızı Vəliyevanın Ermənistan tərəfə keçməsi haqda erməni mediasında yayılan məlumatları araşdırır.

Bu barədə AzVision.az-a Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, komissiya erməni mətbuatında yayılan məlumatlardan xəbərdardır: “Əgər belə bir fakt varsa, tərəfizimdən dəqiqləşdirilib, ictimaiyyətə açıqlama veriləcək”.

Tovuzun icra başçısının müavini Mahir Həsənov isə sayta açıqlamasında bildirib ki, erməni KİV-lərdə yayılan məlumat yalandır, Tovuzda bu adda sakin qeydiyyatda olmayıb.

İcra rəsmisinin sözlərinə görə, hazırda aidiyyatı dövlət qurumları tərəfindən faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın