Azərbaycanın işğal altındakı ərazilərində olan Ermənistan başçısı Serj Sərkisyan bu gün Ağdərə rayonunun Mataqis və Talış kəndləri istiqamətində yerləşən erməni mövqelərinə baş çəkib.
Erməni KİV-ləri xəbər verir ki, Sərkisyan işğalçı qüvvələrin Mataqis polkunun aprel döyüşlərində Azərbaycan artilleriyasının zərbələrindən dağılan kazarmalarının təmirdən sonrakı vəziyyəti ilə tanış olub, habelə təmas xəttində aparılan “möhkəmləndirmə işləri” ilə maraqlanıb. (Virtualaz.org)