Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Avtobusda unutduğunuz əşyalar burada saxlanılır – VİDEO

Avtobusda unutduğunuz əşyalar burada saxlanılır – VİDEO

Onlarla şəxsiyyyət vəsiqəsi və xarici pasport, mobil telefonlar, bank kartları, xeyli pul və digər əşyalar…

Belə ki, bunlar “Baku Bus” MMC-nin itən əşyalar üçün nəzərdə tutulmuş otağında saxlanılır.

Bir neçə ay ərzində sərnişinlər tərəfindən avtobuslarda xeyli əşyalar unudulub.

Onlar arasında ən çox vacib sənədlər üstünlük təşkil edir.

Əşyalar gətirildikdən sonra onlar qurumun “facebook” səhifəsində paylaşılır. Bundan əlavə xüsusi nömrə ilə işarələnir.

İtən əşyalarla bağlı xüsusi proqram da yaradılıb. Əşya ilə bağlı məlumatlar oraya da əlavə edilir. Bundan əlavə kimsə hansısa əşyasına görə müraciət edirsə, o zaman həmin müraciət də qeydiyyata götürülür və bazadan axtarış verilir. Müraciət uyğun gələrsə, o zaman həmin şəxs dəvət edilərək əşya ona təqdim edilir.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın