Cümə , Oktyabr 23 2020
Ana səhifə / Media / Zakir Qaralov Yevlaxda incidilən Qarabağ əlilini qəbul etdi

Zakir Qaralov Yevlaxda incidilən Qarabağ əlilini qəbul etdi

Dekabrın 9-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Yevlax rayonunda vətəndaşları qəbul etmişdi. Bu zaman Baş prokurorun qəbuluna yazılan 1-ci qrup Qarabağ müharibəsi əlili (hər iki gözünü itirmiş) Vəfadar Hüseynova qarşı Yevlax rayon polisi tərəfindən hörmətsizlik və qanunsuzluq halı baş vermişdi. Polislər 1-ci qrup Qarabağ əlilini sürüyərək zorla maşına basıb polis idarəsinə aparmış və onun baş prokurorla görüşünə mane olmuşdular.
Məsələ ilə əlaqədar olaraq redaksiyamızda olan Qarabağ qazisi başına gələnləri bizə danışmışdır və bununla da məsələ ictimailəşmişdir. Bu gün redaksiyamıza telefon açan Qarabağ əlili bildirdi ki, onu respublikanın Baş Prokuroru Zakir Qaralov qəbul edib və problemləri ilə maraqlanıb. Eyni zamanda Z.Qaralov baş verənlərdən təəssüfləndiyini söyləyib. Baş prokuror Qarabağ əlilinə problemlərinin həllində əlindən gələn köməyi edəcəyini bildirib. O, Yevlax rayonunda V.Hüseynova köməklik göstərilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib.
1-ci qrup Qarabağ qazisi Vəfadar Hüseynov saytımız vasitəsilə Baş Prokuror Zakir Qaralova onu qəbul etdiyi və problemlərin həllində köməklik göstərdiyi üçün minnətdarlığını bildirir. (Qaziler.az)

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın