Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Kürdən balıq tutub, dərisiylə yanmış bədənimi sağaltdılar” – Braziliyalı həkimlərə etiraz

“Kürdən balıq tutub, dərisiylə yanmış bədənimi sağaltdılar” – Braziliyalı həkimlərə etiraz

Oxudum ki, Braziliyada  yanmış qadını balıq dərisi ilə müalicə ediblər. “Braziliyada ikinci dərəcəli yanıqları olan qadını sağaltmaq üçün alternativ üsuldan istifadə edən həkimlər tibb tarixində bir ilkə imza atıb. Üzü, qolları və boynu yanmış qadına həkimlər 20 günlük balıq müalicəsi tətbiq ediblər, müalicə uğurlu alındıqdan sonra isə daha 50 xəstəni bu şəkildə müalicə ediblər”. Xəbəri tam şəkildə bu linkdən oxuya bilərsiniz: moderator.az/news/162364.html
Xəbər bəlkə də kimlər üçünsə yenidi, maraqlıdı, amma mənim üçün çox təəccüblü oldu. Bildiyim bir müalicə üsülu braziliyalıların adına çıxarılıb. Balıqla ilk dəfə mən müalicə olunmuşam – düz 52 il əvvəl, Tovuz rayonundakı Xatınlı kənd xəstəxanasında. O zaman 6 yaşım var idi. Başdan-başa yanmışdım. 2-ci və 3-cü dərəcəli yanıq  xəsarətləri aldığım üçün  21 gün huşsuz  vəziyyətdə yatmışam.
Yaxşı xatırlayıram anam evdə yox idi. Mən  tamamən hissiyatımı itirmişdim, ağrı-acə hiss etmirdim, sadəcə  evimizə toplaşan adamlara- qonşulara baxır, hərəkətlərini izləyirdim. Qonşumuzda Hava xala var idi, əvvəlcə kartof əzdi yanıqlarıma sürtmək istədi, qoymadım, ağladım. Sonra  gördüm ki, balıq yağı gətirdilər… yenə ağladım, qoymadım. Anamı gözləyirdim…
Anam gəldi… fəryadını eşitdim və çox qorxdum, elə  bildim məni döyəcək ki, sənə demişdim  tonqala yaxın getmə, odla oynama. Və o andaca huşumu itirmişəm…
Anamın o səsi hələ də qulaqlarımdadı,  içimə hopub. O zaman ANA fəryadının nə olduğunu anlamırdım…
İlkin tibbi yardım kimi  bədənimə balıq yağı sürtüblər, sonra isə Kürdən balıq tutub onun dərisini yanıq yerlərimin üstünə qoyublar. Bunu o zaman Xatınlı kənd xəstəxanasının müdiri olan Sarı doktor  edib. İndi isə oxuyuram ki, braziliya həkimləri ilk dəfə belə işə imza atıblar.
Etiraz edirəm! İllər öncə balıq yağı və balıq dərisi ilə müalicənin ilk  pasienti olaraq ETİRAZ edirəm!
Və bu etiraz hissləri altında onu da bildirirəm ki, bizim bədbəxtliyimiz də məhz bundadır: öz həkimlərimizin əməyini qiymətləndirmirik. Televiziyalarda 24 saat xaricdən gələn həkimlər reklam olunur. “Filan kilinikada filan ölkədən gələn  filan həkim  filan qədər olacaq… tələsin”.
Öz həkimlərimizin isə neqativ tərəflərini anındaca görürük, ifşa edirik…

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın