Belə ki, bir neçə gündür buzlaşmanın qarşısını almaq üçün yollara duz və yaxud, qumla duzun qarşığı səpilir. Bu üsulla yollarda sürüşmənin qarşısı alınsada mütəxəssislər sürücülərə xəbərdarlıq edir. Yollara səpilən duz, avtomobilinizə ziyan verə, hətta qəzalara səbəb ola bilər. Duzlar suya qarşıb avtomobilin alt hissəsinə hopur ki, bu da həmin detalların sıradan çıxmasına səbəb olur.

Belə şəkildə avtomobilin uzun müddət idarə edilməsi onun dəmirinin karroziyaya uğuraması ilə yanaşı işlək hissələrinədə ziyan vurur. Bu hal hətta qəza şəraitidə yarada bilər.

Bunun qarşısını almaq üçün isə yollar quruyan kimi avtomobilin xüsusi ilə altını təzyiqli su ilə yuduzdurmaq lazımdır. Moykalardan bildirilir ki, əksər sürücü avtomobilin təkcə üzərini yuduzdurmaqla kifayətlənir. Halbuki avtomobilin alt hissəsin də yuyulması üçün sürücülərdən cəmi 1 və ya 2 manat əlavə pul tələb olunur.

Son günlər maşından gələn səslərin çoxalması əksər sürücünü narahat etsədə mütəxəssislər bunun keçici problem olduğunu bildirir.

Xüsusi ilə ili köhnə olan avtomobillərdən belə səslərin daha çox gəlməsi normal hesab edilir. Hər bir halda sürücülər qarlı günlərdən sonra avtomobillərini ümumi texniki baxışdan keçirsələr yaxşıdır.