Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Aprel şəhidləri”nin xatirəsi niyə əbədiləşdirilmir?

“Aprel şəhidləri”nin xatirəsi niyə əbədiləşdirilmir?

2016-cı il aprel ayının əvvəllərində cəbhədə baş verən “dörd günlük müharibə” ölkədə ciddi canlanmaya səbəb oldu. “Vətən uğrunda ölən varsa, Vətən var!” şüarı ilə insanlar meydanlarda toplaşaraq, həyəcanla qələbə xəbərlərini gözləyirdilər. Təbii ki, bütün döyüşlərdə olduğu kimi. aprel hadisələri də şəhidsiz ötüşmədi. Hərbi əməliyyatlar zamanı düşmən tərəf ciddi itkilər verdi, Azərbaycan Silahlı Qüvvələrinin də xeyli hərbi qulluqçusu şəhid oldu.

Bəs “Aprel döyüşləri”nin qürurla alqışlanan bu qəhrəman şəhidlərindən kimlərinsə adı əbədiləşdirildimi?

Vətən uğrunda qəhrəmanlıq göstərmiş şəhid mayor, təyyarəçi Urfan Vəlizadənin qardaşı Vidadi Vəlizadə Modern.az-ın sualını cavablandırıb.

V.Vəlizadə deyir ki, “Aprel şəhidləri”nin xatirəsini əbədiləşdirmək üçün hansısa küçələrə onların adlarının verilməsi, qəhrəmanların adına tədris müəssisələrinin açılması təqdirəlayiq olardı.

“Onların adları hər hansı küçəyə, məktəbə verilsə, əlbəttə xoş olar. Ən xoş da o olar ki, bu adlar onların yaşadığı rayonlardan birində verilsin. Çünki orda onu daha çox xatırlayarlar”.

V.Vəlizadə bununla bağlı 2016-cı ilin oktyabrında Müdafiə Nazirliyinə müraciət etdiklərini də bildirib:

“Biz Müdafiə Nazirliyinə müraciət etmişik. Ordan bizə cavab verilib ki, bu haqda İcra hakimiyyətlərinə bildirilib. İcra Hakimiyyətləri də təklifi Nazirlər Kabinetinə göndərməlidir ki, şəhidlərin adı hər hansı məktəbə, küçəyə verilsin”.

Müsahibimiz şəhidlərə həsr olunacaq filmlərin çəkilməsini, onlar haqqında hansısa kitabların çap edilməsinin də “Aprel döyüşçüləri”nin xatirəsini əbədiləşdirilmək üçün müsbət addımlardan biri ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, 2016-cı il “Aprel müharibəsi” zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Tərtətin Talış kəndi ətrafındakı yüksəkliklər ermənilərdən azad edilib. Həmçinin, Cəbrayıl rayonu ərazisində yerləşən “Lələ təpə” yüksəkliyinə nəzarət ələ keçirilib. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın