Cümə axşamı , İyun 4 2020
Ana səhifə / Media / “Yaz” və “Yasmin”ə qarşı ictimai təpki: – “Bu həblər qadınlar üçün təhlükəlidir!”

“Yaz” və “Yasmin”ə qarşı ictimai təpki: – “Bu həblər qadınlar üçün təhlükəlidir!”

İranda hamiləlik əleyhinə istifadə edilən iki dərman preparatına qarşı ictimai qınaq kampaniyası baş qaldırır.

Reyting.az xəbər verir ki, “Mehr” agentliyinin baş məqaləsində qeyd olunur: “Demoqrafik siyasətin həyata keçirilməsində rəsmilərin laqeydliyinə baxmayaraq, ekspertlər doğuma nəzarət proqramlarını davam etdirir. Mütəxəssislər hamiləliyin qarşısını alan bir çox dərman preparatlarının böyük risk daşıdığını qeyd edirlər”.

Daha sonra baş məqalədə bu preparatların yan təsirləri barədə söz açılır və bir çox hallarda onların reseptsiz satıldığı bildirilir.

Qadınlarda iflic və infarkt riskini artıran “Yaz” və”Yasmin” dərmanlarının apteklərdə pulsuz paylanma halları da məlumdur. Lakin bir çox tibb ekspertləri bu həblərin qadınlar üçün təhlükəli yan təsirləri barədə xəbərdarlıq edirlər.

Həmçinin oxuyun

Jurnalistlərə evlər hansı şərtlə veriləcək?-KVDF-dən açıqlama…

Son günlər jurnalistlər üçün tikilməkdə olan üçüncü bina ilə bağlı müxtəlif söz-söhbətlər yayılıb. Azinforum.az xəbər …

Bir cavab yazın