Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Sumqayıt təhsilində “Ruhiyyə” adlı bəlaya çarə tapılacaqmı?

Sumqayıt təhsilində “Ruhiyyə” adlı bəlaya çarə tapılacaqmı?

Zakir Fərəcov Sumqayıt şəhər icra başçısı vəzifəsinə yenidən qayıtdıqdan sonra bütün sahələrdə əsaslı dönüş yarada bildi.

Təəssüf ki, işguzar icra başçısı Sumqayıt təhsilin bir əlac qıla bilmədi. Zakir Fərəcov Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu müşavirədən belə qovması hazırda Sumqayıt təhsilinə rəhbərlik edənlər üçün dərs olmayıb.

Dosye.org-a daxil olan şikayətlər də Sumqayıt təhsilində bərbad vəziyyətin hökm sürdüyünü göstərir. Redaksiyamza daxil olan şikayətlədə deyilir ki, Sumqayıt şəhər 24 saylı orta məktəbdə pul yığımı davam edir. Buna şərait yaradan məhz Sumqayıt Şəhər Təhsil Şöbəsinə qeyri qanuni müdir təyin olunan Ruhiyyə Tağıyevadır.

Bir faktı nəzərinizə çatdıraq ki, Ruhiyyə müəllimə 24 saylı məktəbin direktoru işlədiyi zamanlar çoxlu biabırçılığa imza atıb. Belə ki, Dosye.org-un media üzərində apardığı araşdırmalar qaranlıq məqamlara aydınlıq gətirib.

Mediada yayılan məlumatlarda deyilir ki, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunan Ruhiyyə Tağıyeva qısa bir zamanda şəhərin təhsilini bərbad hala sala bilib. Ən dəhşətlisi isə şöbə müdiri şəhərin təhsil sahəsində çalışanların “dərisini soyması”dır. Bildirilir ki, şöbə müdiri son zamanlar məktəb direktorları vasitəsilə rayon təhsil işçilərindən kütləvi pul yığımına başlayıb. Bunun qarşılığında isə səlahiyyət sahibi özbaşınalıqlarına don geyindirərək təhsil naziri Mikayıl Cabbarovun adından istifadə edir.

Məlumatlara görə, Ruhiyyə Tağıyeva məktəb direktorlarına bildirib ki, rayonun təhsil sahəsindən və məktəblərdən əldə edilən gəlirlər hesabına nazirliyin aylıq “taksasın” ödəməklə istədikləri özbaşınalıqları həyata keçirə bilərlər:

“Şəhər məktəblərinin birində çalışan müəllimin verdiyi məlumata görə, əslində bu gün təhsildə köklü islahatların aparıldığı görüntüsü yaradılsa, təhsil ocaqlarında kosmetik təmir işləri aparılsa da, mövcud problemlər nəinki azalıb, hətta şöbə müdiri Ruhiyyə Tağıyevanın səyi nəticəsində rüşvət tarifləri bir qədər də artıb: “Adi uşağını orta məktəbə qoymaq üçün vətəndaşlardan 800-1500 manat civarında pul tələb olunur. Əgər övladını məktəbə qoymaq üçün həmin məbləğin düzəldilməsində zəruri ehtiyyac yaranarsa, qiymətlər kasıbın imkanları daxilindən çıxılır və ondan cəmi 500 manat alınır”.

Bundan əlavə Sumqayıtda bütün bu baş verənlərdən Təhsil Nazirliyinin xəbəri olmadığını iddia edən mənbə bildirir ki, rüşvət yığımını nazirliyin müvafiq strukturu tənzimləyir və tarifləri müəyyənləşdirir. Bu isə yığılan vəsaitin bir hissəsinin məhz nazirliyə getdiyini söyləməyə əsas verir: “Burda il ərzində dövr edən vəsaitin miqdarı isə milyonlarla manatla ölçülür. Bu vəsaitin nə qədərinin şöbə müdirinə qaldığı, nə qədərinin “yuxarı” ötürüldüyü məlum olmasa da, şəhər Təhsil şöbəsinin fəaliyyəti araşdırılsa müəyyən nəticələr çıxarmaq olar. Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyeva təhsil sitemində bir çox üsullara əl atıb. Şöbə müdiri ixtisası olmayan şəxsləri də aidiyyatı olmayan sahələrə yönəltdirir. Əlbəttəki bu elə-belə başa gəlmir. Təbii ki, şöbə müdirinin “yuxarı”ya verdiyi pulları çıxarmaqdan ötrü qanunsuzluqlara yol verir”.

Dosye.org-a daxil olan məlumatlarda iddia olunur ki, şöbə müdirinin əsas işi 24 saylı məktəb başda olmaqla başqa məktəblərdə də dərs saatlarının satışı ilə bağlıdır.

Sumqayıt təhsilində baş verən özbaşınalıqlar və Sumqayıt şəhər 24 saylı məktıbdə yaşananlarla bağlı redaksiyamıza daxil olan məlumatllar araşdırılmaqdadır. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

dos

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın