Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / Uşaqlar evdən niyə qaçır? – VİDEO

Uşaqlar evdən niyə qaçır? – VİDEO

İndi tez tez evindən qaçan uşaqlar haqda xəbərlər eşidirik. Bəziləri sonradan ailəsinin yanına qayıtsa da, çoxu evinə qayıtmaq istəmir.

Bakıdakı sığınacaqlarda yerləşdirilən uşaqların çoxu da elə evdən qaçanlardır. Balacaların evdən, öz doğma ailələrindən qaçma səbəbləri isə müxtəlifdir. Onların əksəriyyəti oğlanlardır. Bu addımı atan balacaların yaş həddi valideynləri daha diqqətli olmağa vadar etməlidir.

Sığınacaqlarda yerləşdirilən uşaqlar əksəriyyəti evdən qaçan azyaşlılardır. Belə uşaqların çoxu oğlanlardır. Uşaq sığıncağı reinteqrasiya mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, balacaları buna vadar edən bir çox səbəblər var. Digər bir səbəb isə ögüy ata və ya analar, eyni zamanda ailədaxili münaqişələrdir. Bu addımı atan balacaların yaş həddi isə tükürpədicidir.

Psixoloqlar deyir ki, azyaşlılar aldıqları psixoloji təzyiq və təsirlərdən o qədər bezirlər ki, evdən qaçmağı onlar çıxış yolu hesab edir. Belə uşaqların sığınacaqlara yerləşdirilməsi isə problemin həlli deyil.

Uşaqların psixoloji zərbə alması onların gələcək həyatının məhv olması deməkdir.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın