Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / Belə müraciət üçün həyasız olmaq lazımdır – Millət vəkili

Belə müraciət üçün həyasız olmaq lazımdır – Millət vəkili

Bir milyon müsəlmanı ev-eşiyindən didərgin salan, onların torpağını işğal edən Ermənistanda səfirlik açıb və bunu edənlərlə öpüşüb hər cür əməkdaşlıq edən ölkənin təmsilçisi, xüsusilə də Azərbaycan türkü gərək ölüb yerə girə ki, bizə ağıl verə. İsrail bizə müdafiə olunmaq və işğala son qoymaq üçün müasir silah satır. Təkcə bu fakt kifayət edir ki, bizim İsraildə səfirliyimiz olsun.
Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində deyib. Millət vəkili vurğulayıb ki, belə çağırış etmək üçün son dərəcə utanmaz və həyasız olmaq lazımdır.
Xatırladaq ki, İranın Ali dini rəhbərinin Şərqi Azərbaycan nümayəndəsi Məhəmməd Əli Haşimi Azərbaycanı İsraildə səfirlik açmamağa çağırmışdı.

Həmçinin oxuyun

Deputat: 3 manatlıq arağa baxanda bilinir ki, saxtadır

“Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” …

Bir cavab yazın