Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “Sahibkarlar boş iş yerlərinin sayını gizlədirlər” – DEPUTAT

“Sahibkarlar boş iş yerlərinin sayını gizlədirlər” – DEPUTAT

“Boş iş yerlərinin uçotunun məşğulluq xidmətlərinə təqdim olunma göstəricisi 30-40 faiz təşkil edir. Bu sahədə hələ də müəyyən problemlər var, çünki yerlərin sayı gizlədilir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.
Komitə sədri bu kimi halların ciddi narahatlıq doğurduğunu qeyd edib. Onun fikrincə, bununla bağlı müəyyən ciddi addımlar atılmalıdır ki, sahibkarlar boş yerlərin sayı ilə bağlı düzgün məlumat versinlər: “Hətta bununla bağlı nəzərdə tutulan cərimələrin məbləği də artırıla bilər”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın