Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır” – Ter-Petrosyan

“Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır” – Ter-Petrosyan

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.
AzVision.az xəbər verir ki, bu fikirləri sabiq prezident “Kentron” telekanalının efirində səsləndirib.

Ter-Petrosyan deyib: “Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq”.

Eks-prezident Madrid prinsiplərin dəstəklədiyini vurğulayıb:”Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam”.

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni milli konqressi” aprelin 2-də keçiriləcək parlament seçkilərinə “Ermənistan Xalq Partiyası” ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın