Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Media / Sabirabaddakı ana ölümü ciddi şəkildə araşdırılacaq

Sabirabaddakı ana ölümü ciddi şəkildə araşdırılacaq

Sabirabad Perinatal Mərkəzində baş verən ana ölümü gələn həftə araşdırılacaq.

Doğuşa Yardım Komissiyasının və Perinatal Mərkəzin rəhbəri Sevinc Məmmədova AzVision.az-a açıqlamasında bildirib ki, ana ölümü dünən gecə 11-in yarısı olub.

“Bu gün şənbə günüdür və xəstənin xəstəlik kağızı birinci gün bizə gələcək. Bir həftə ərzində xəstənin ölüm səbəbi təşrih olunub, ciddi araşdırılacaq. Ondan sonra ictimaiyyətə bu haqda rəsmi məlumat verə bilərik. Yoxlanmamış məlumatlar əsasında danışa bilmərik”.

Qeyd eədk ki, ötən gün Sabirabad rayon Perinatal Mərkəzində ana ölümü qeydə alınıb. Ucar rayonu Alpout kənd sakini, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı 4 gün əvvəl ağır vəziyyətdə qarnında ölü döl ilə mərkəzə daxil olub. Ananın bətnində olan ölü döl qeysəriyyə əməliyyatı ilə götürülüb. Lakin səhhətində baş verən ağırlaşmadan sonra ana 4 gün sonra, avqustun 5-də axşam saatlarında dünyasını dəyişib.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın