Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Rayon avtovağzallarında sıxlıq yaranıb – VİDEO

Rayon avtovağzallarında sıxlıq yaranıb – VİDEO

Bayramlıa əlaqədar rayonlara gedən Bakı sakinlər bölgələrdən paytaxta üz tutduğu üçün avtovağzallarda sıxlıq yaranıb.

Məsələn, Quba avtovağzalında sərnişin izdihamı müşahidə olunub. Sərnişinlərin əksəriyyəti Bakı və Sumqayıta gedənlər olub.

Sıxlıq nəzərə alınaraq xəttə əlavə olaraq 11 avtobus buraxılıb.

Tovuz avtovğzalında da sıxlıq müşhidə edilib. Avtovağzaldan bildirilib ki, sıxlığı aradan qaldırmaq üçün xəttə əlavə avtobuslar buraxılıb.

Lakin sərnişinlər yer tapmadıqlarını, Qazaxdan və Ağstafadan Bakıya gedən avtobusların da dolu keçdiyini bildiriblər.

Lənkəran avtovağzalında da analoji vəziyyət yaranıb. Burada da sıxlığın qarşısını almaq məqsədilə paytaxta və digər rayonlara gedən avtobusların sayı artırılıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın