Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Britaniyalı arvadını eBay-da satışa çıxarıb – FOTO

Britaniyalı arvadını eBay-da satışa çıxarıb – FOTO

Böyük Britaniyanın Ueykfild şəhər sakini həyat yoldaşının eBay-da satışa çıxarılması barədə elan yerləşdirib.

“The Daily Mirror” nəşrinin məlumatına görə, 33 yaşlı Coker Saymon O`Keyn elanda xəstə olduğu zaman arvadının ona lazımi qayğı göstərmədiyini yazıb. İki uşaq atası həyat yoldaşının müsbət cəhətləri kimi bədən quruluşunu və yemək bişirmək bacarıqlarını göstərib.

Nəşr qeyd edir ki, O`Keyn elan yerləşdirilməsindən iki gündən sonra hərrac iştirakçılarının onun arvadına görə 65 min funt sterlinq (təxminən 86 min dollar) verməyə hazır olduğunu görəndə çox təəcüblənib.

27 yaşlı Leandra ərinin bu hərəkəti haqda həmkarlarından öyrənib.

“Mən onu öldürmək istədim. Saymon məni sadəcə satışa çıxarmayıb, o, elana mənim ən pis fotoşəklimi yükləyib”, – britaniyalı qadın deyib.

Oxu.az
Britaniyalı arvadını eBay-da satışa çıxarıb
Britaniyalı arvadını eBay-da satışa çıxarıb

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın