Bazar , Oktyabr 20 2019
Ana səhifə / Media / Metronun “Elmlər Akademiyası” stansiyasına su sızır

Metronun “Elmlər Akademiyası” stansiyasına su sızır

Metronun “Elmlər Akademiyası” stansiyasında su sızıntısı davam edir.

Virtualaz.org saytının müxbiri bu dəqiqələrdə həmin stansiyada olub.

Onun verdiyi xəbərə görə, stansiyanın giriş-çıxışının tavanından hələ də su sızır. “Bakı Metropoliteni” QSC-nin əməkdaşları bunun qarşısını almağa çalışırlar.

 

*   *   *15:01

Bu dəqiqələrdə Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının giriş-çıxışının tavanında güclü su sızıntısı var.

Bu barədə milli.az-a şahidlər xəbər ediblər. Hadisə yerindən fotolar göndərən sərnişinlər bildirirlər ki, stansiyanın eskalatorlarının yerləşdiyi ərazidə tavandan su axır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sayta açıqlamasında deyilənləri təsdiqləyib.

N.Paşayev bildirib ki, su sızıntısı eskalatorların üzərindədir. Hal-hazırda sızıntının qarşısı alınır.

Hadisəyə səbəb binada su borusunun partlamasıdır. Binaya suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

Qurum rəsmisi əlavə edib ki, sərnişinlərin gediş-gəlişində heç bir problem yoxdur.

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın