Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Millət vəkilindən “AZAL”, “Azəristilik”“Azərsu” ilə bağlı sərt mövqe

Millət vəkilindən “AZAL”, “Azəristilik”“Azərsu” ilə bağlı sərt mövqe

Millət vəkili Qüdrət Həsənquliyev “Azəristiliktəchizat”, “Azərsu” və “Azərbaycan Hava Yolları” (AZAL) səhmdar cəmiyyətlərinə dövlət tərəfindən dotasiyaların dayandırılması təklifi ilə çıxış edib.
Azinforum.az  APA-ya istinadən xəbər verir ki bu barədə, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili maliyyə naziri Samir Şərifova sual ünvanlayıb:
“Büdcə zərfi ilə tanış olarkən görürük ki, bəzi səhmdar cəmiyyətlər dövlət zəmanəti hesabına götürdüyü borcları ödəyə bilmir. Halbuki, həmin təşkilatların çoxu həm də vergi borclarını tam həcmdə yerinə yetirmirlər. Bundan başqa, görürük ki, “Azəristiliktəchizat”, “Azərsu” və “Azərbaycan Hava Yolları” kimi səhmdar cəmiyyətlərə həm də dövlət büdcəsindən əlavə pul ayrılır. Təsərrüfat hesablı bu qurumların həm də borclarını ödəyəcəyik, həm də pul ayrılacaq? Bu nə dərəcədə doğrudur?Maliyyə Nazirliyi bir araşdırma aparırmı ki, bu vəsaitdən səmərəli istifadə edilir? Niyə bu subyektlərin hazırkı maliyyə durumu bu vəziyyətdədir?”
Maliyyə naziri millət vəkilinin sualına cavab olaraq bildirib ki, bəzi qurumların göstərdiyi xidmətlərin tarifləri sərbəst deyil, bunu Tarif Şurası tənzimləyir:
“Tarif müəyyənləşdirilərkən, bunun əhaliyə təsiri, sosial effektivlik nəzərə alınır”.
Bununla belə, məsələnin düzgün qoyulduğunu deyən maliyyə naziri qeyd edib ki, bu istiqamətdə tədbirlər görülür.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın