Ana səhifə / Köşə Yazarları / ANS-dən Nuşirəvan Məhərrəmliyə cavab: “Onu jurnalist kimi saymıram

ANS-dən Nuşirəvan Məhərrəmliyə cavab: “Onu jurnalist kimi saymıram

“Nuşirəvan Məhərrəmli nə deyibsə, hamısı yalandır. Nəyə görə? Prinsipcə baxanda “ANS” televiziyası birinci yerdə durur. Bilmirəm, Nuşirəvan buna baxır, ya baxmır. Ümumiyyətlə, o, jurnalist deyil, xüsusilə televiziya sahəsində. Prezident  İlham Əliyev çıxışlarının birində dedi ki, ay məmurlar, camaatı incitməyin. Bu da təsadüfi adamdır. Mən onu jurnalist kimi saymıram. O, senzuraçı məmurdur. Mən onun yerində olsaydım, bir dəfə “ANS”ə gəlib soruşardım, nə var, nə yox, nə işlə məşğulsunuz?!”
Bunu Cebhe.info-ya açıqlamasında  “ANS” Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin telekanal haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Mais Məmmədovun sözlərinə görə, MTRŞ sədri bütün telekanalların bir-birinə bənzəməsini istəyir: “O, çox şey deyə bilər. Onun istəyi budur ki, bütün telekanallar bir-birinə oxşasın. Bu, düzgün deyil. Onun televiziyadan anlayışı yoxdur. Bunu əməkdar jurnalist Mais Məmmədov deyir. 78 yaşım var, jurnalistikanı əzbər bilirəm. O isə təsadüfi adamdır, gəlib nə istəyir deyir, nə istəyir əmr edir. Nuşirəvan Məhərrəmli Azərbaycan televiziyasına nə verəcək, mən bilmirəm. “ANS” nələr etməyib? Sözün əsl mənasında vuruşub. Ancaq Nuşirəvan nə edib? Əmr verib, bir də cərimə. “ANS”i barmaqla hədələyib “bağlayaram haa” demək, şükür Allaha, ondan asılı deyil. Nuşirəvan Məhərrəmli Moskvada təhsil alanda, “ANS”in rəhbəri cəbhədə vuruşurdu. Çoxu qayıtmadı cəbhədən. Oxuduğun vaxt bir semester akademik məzuniyyət götürüb gəlib cəbhədə vuruşardı. Bunun üçün vətənpərvərlik lazımdır”.
Xatırladaq ki, Nuşurəvan Məhərrəmli APA-ya müsahibəsində telekanalın ünvanına ciddi ittihamlar səsləndirib: “”ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu, onun sifətidir”.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın