Cümə , Aprel 26 2024
Ana səhifə / Media / İcra başçısına  rüşvət ittihamı – Prezidentə şikayət

İcra başçısına  rüşvət ittihamı – Prezidentə şikayət

Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimovdan narazı vətəndaş prezidentə müraciət edib. Mia.az-a daxil olan şikayəti olduğu kimi tədim edirik:

HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Ərizəmlə yazıb sizə məlum edirəm ki, biz həmişə dövlətimizin və onun prezidenti, sizlərin qayğısınıöz üzərimizdə hiss etmişik.Sizin bütün müşavirələrnizdə və tədbirlərinizdə “Xalqa ləyaqətlə xidmət etmək hamının borcudur. Biz hamımız xalqın xidmətçiləriyik” deməyinizə baxmayaq Laçın rayonunda məmur özbaşınalığı baş alıb gedir. Bütün bunların başında isə rayon icra hakimiyyətinin başçısı Akif Səlimov durur. O,vəzifəyə keçən kimi keçmiş polis rəisinə xas olan məxfi araşdırmaları ilə pullu adamları tapıb yığmağa başladı. Həmin adamları vəzifəyə qoyanda onların nə bacarıqlarına, nə də savadlarına məhəl qoymadı.Vəzifələr pulun çəkisinə görə bölüşdürüldü. Belə ki, məktəb direktorlarından küllü miqdarda pul alaraq onların özlərini yüksək vəzifəyə, arvadlarını isə məktəb direktoru qoydu. Onun pula hərisliyi o dərəcyəçatdı ki, o bütün icra nümayəndəliklərindən 4000 (dörd min) manat pul aldı. Nümayəndələrdən 2000 (iki min), işçilərin hərəsindən 1000 (min) manat pul yığdı. Pul verməkdən imtina edənlər isədərhal işdən azad olundular. Bakıda daş karxanası,mağazaları, kafeləri, marşrutları olması ilə kifayətlənməyən A.Səlimov Ağcabədi qış yatağında özünə böyük təsərrüfat yaradıb. Rayon Tikinti İdarəsinin bütün kollektivi yataqda təmir-tikinti işlərini başa çatdırmağa səfərbər edildi. Dövlətin pulları isə rayona yox Akif Müəllimin təsərrüfatına xərclənir. Özbaşınalıq və xaos baş alıb gedir. Bunun ən bariz nümunəsi son vaxtlar onun məktəblərdə apardığı yoxlamalardır. Yoxlamanın sonunda direktorların fəaliyyəti müzakirə olunur və nəticədə direktorların hərəsinə 3000-5000 manat pul alaraq sərbəst buraxıldılar. A.Səlimov son vaxtlar o qədər həddini aşıb ki, onun eyiblərini yazan adamı məhkəməyə verir. Onun pulu çox olduğu üçün “Ədalət”də onun tərəfindədir.2013-çüildə FACEBOOK səhifəsində sizin əleyinizə çıxışlar edən Sadiq Axundovdan 5000(beş) manat pul alaraq onu Şamkənd musiqi məktəbinə direktor qoydu. Buna isə Şamkənd əsilli ziyalılar öz etirazını bildirdilər və bütün instansiyalara müraciət edərək onun içüzünü açdılar. Sonda isə Akif müəllim istəyinəçatmadı. Ürəyində qisas hissi saxlayan A.Səlimov onun nəticəsi olaraq Şamkənd müsiqi məktəbinin 22 ildən artıq Şəkidə fəaliyyət göstərən filialını bağlatdı. Rayon Mədəniyyət Şöbəsinin müdiri Yusif Hüseynovun Nazirliyə müraciətindən sonra məktəbə yoxlama gəldi. Guya məktəbin texniki-təchizat bazası olmadığından məktəb bağlandı. Halbuki rayonda fəaliyyət göstərən 100-dən artıq klub və kitabxanaların vəziyyəti çox acınacaqlıdır. Sizin böyük zəhmət bahasına dövlət vəsaiti hesabına yeni nəsil üçün çap etdirdiyiniz kitablar yaramaz otaqlarda çürüməkdədir. Biz 10 nəfər müəllim Şəkidəki filialın bərpa olunmasıüçün dəfələrlə Akif Səlimovun qəbulunda olduq. Lakin heç bir nəticəsi olmadı. Biz yenidən 2-ci dəfə Astarada və Sabirabadda Mədəniyyət Naziri Əbülfəz Qarayevin qəbulunda olduq və burda saydıqlarımızın hamısı nazirəçatdırdıq. O, bizə söz verdi ki, məktəbin bərpa olunmasıüçün sizə kömək edəcəyəm. Lakin nazirlikdə Yusif Hüseynova havadarlıq edən Yaşar Əliyev buna imkan vermədi. Ona görə ki, məktəb Akif Səlimovun sifarişi əsasında bağlanıb. Onun başçıya yaraşmayan əməllərini saymaqla qurtarmaz. Onun rayonda vəzifə bölügüsü aparmasında təkcəözü yox oğlu Sənanda iştirak edir. Akif Səlimov Goranboyda rəis işləyərkən keçmiş batalyon komandiri Rasim Əkbərovla dostluq edir, hətta onun qızını oğluna almaq istəyirdi. Rasim Əkbərov dövlət çevrilişi iləəlaqədar həbs edildikdə Qaxda rəis işləyən A.Səlimov qorxusundan infakt keçirdi. Hal-hazırda Laçın rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 100-ə yaxın müəssisənin demək olar ki, nəyinki texniki-təchizatı, heç yeridə də yoxdur. Biz bununlla əlaqəli nazir Əbülfəz Qarayev Oğuz Və Goranboy rayonunda görüş keçirərkən onunla görüşmək, bizə verdiyi sözün yerinə yetirilmədiyini yenidən ona çatdırmaq istədik. Lakin güclü polis müqavimətinə rast gəldik. Polislərəəmr verən isə mədəniyyət nazirinin müşaviri və onun məsul işçisi Yaşar Əliyev idi. Yaşar Əliyev özünün ifşa olunmasından qorxaraq belə etdi. Akif Səlimov Qaxda rəis işləyərkən çoxlu cinayət əməlləriniört-bastır etdi vəözəlləşmə dövründə dövlətin bütün mal-qarasını saxta yolla özəlləşdirib, böyük təsərrüfata isə onun dostları,bacısı oğlu Anar rəhbərlik edirdi. Nəticədə isə Anar dayısına arxalanaraq gürcüəsilli Əlibəyli kənd sakinini günahsız qətlə yetirdi. Bu cinayyətdəəsl sima olan Akif Səlimov bacısı oğlunun həbsi ilə sudan quru çıxdı.Onun oğlanlarının Səlim və Sənanın polis orqanlarında işlənməsinə baxmayaraq dəfələrləvəzifədən uzaqlaşdırılıb və yenidən bərpa olunub.Onun vəzifəyə qoyduğuicra nümayəndəsi olan qohumu insan alveri üstündə həbs olunmasına baxmayaraq ona hələ də gözün üstə qaşın var deyən yoxdur. Rəis kimi məcburən döyüşdə olan A.Səlimov bundan istifadə edərək 4-ü müharibə veteranı 1-i şəhid ailəsi olan, 10 nəfər YAP üzvünün işsiz qoyması vətənpərvərlikdirmi? Hal-hazırda iki övladım ali məktəbdə təhsil alır.Mən onların tələblərini ödəyə bilmədiyim üçün az qalır ki,özümə qəsd edəm. Onu da qeyd etmək istəyirəm ki,A.Səlimov yoxlatdırıb işdən çıxardığı adamlar hamsıŞamkənd icra nümayəndəliyiəhatə edən 5 kəndin nümayəndəsidir. A.Səlimov bu gün də elə hesab edir ki,o polis rəisi rayon sakinləri isə onun qarşısında oturan cinayətkarlardır. Cənab Prezident! Mən sizin qətiyyətliyinizi bildiyim üçün inanıram ki,torpağı işğal altında olan 58 rayona səpələnmiş laçınlıların bu acınacaqlı həyatının belə bir adama tapşırmaq ən azıədalətsizlikdir.Biz həmişə seçkilərdədövlətçiliyimizi və onun layiqli prezidentini dəstəkləmişik və dəstəkləyirik.Biz inanırıq ki,torpaqlarımızın azad olması və dövlətimizin iqtisadi inkişafını yalnız sizin uzaqgörən siyasətiniz reallaşdıra bilər.Mən Sizə bu gün ərizə yazdığım üçün mənimvə ailəmin həyatı təhlükə qarşısındadır. Cənab Prezident! Bizi ermənilərlə qohum olan bu “Səlibçinin” zülmündən xilas etməyinizi Sizdən xahiş edirəm. Ərizəmi xalq şairi Zəlimxan Yaqubun bir misrası ilə bitirmək istəyirəm. Unudulmur bu dünyada Nə toy günü, nə yas günü Qiyamətə qala bilməz Qisas günü!

Laçın rayonundan məcburi köçkün, Şamkənd musiqi məktəbinin Şəkidəki filialının sabiq müəllimi, Qarabağ müharibəsi veteranı, hal- hazırda Şəki şəhər Yeni Çələbixan qəsəbəsində müvəqqəti məskunlaşan Şükürov Şamil Məmmədyar oğlu

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın