Bazar ertəsi , May 6 2024
Ana səhifə / Manşet / Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi tərk etməsi böyük rezonans doğurub.

Ukrayna prezidenti aparatı rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç ukraynalı jurnalist Nikolay Feldmana müsahibəsində Prezident İlham Əliyevin aprelin 22-də Moskvaya səfərini şərh edərkən Azərbaycan rəhbərliyinin “qüsursuz oyun oynadığını” bildirib.

Bu kontekstdə, Arestoviç rusiyalı sülhməramlıların vaxtından əvvəl Azərbaycanı tərk etməsini xüsusi vurğulayıb.

“2020-ci ilin müharibəsini şərh edəndə çoxunuz məni dinlədiniz, sonra Rusiya öz sülhməramlılarını oraya gətirdi, hamı elə düşünürdü ki, onlar getməyəcəklər. Amma mən o zaman dedim ki, beş il keçməmiş onlar oradan çıxıb gedəcəklər. Nə qədər vaxt keçdi? Dörd il. Çünki mən Azərbaycan rəhbərliyinin nə etdiyini çox gözəl başa düşürdüm. Azərbaycanın daxilindən necə göründüyünü bilmirəm, amma kənardan necə göründüyünü deyə bilərəm – qüsursuz. Azərbaycan daha ağıllıdır, ona görə də Putini üstələdi və hər şeyə nail oldu. Siz azərbaycanlıların oyun məharətinə heyran olmalısınız” , – Arestoviç deyib.

Maraqlıdır ki, müşavir olduğu vaxtlarda Rusiyaya qarşı ən sərt mövqe sərgiləyənlər sırasında yer alan Aleksey Aretoviç Ukraynanı rus dilinin və mədəniyyətinin sıxışdırılmasına görə qınayaraq, bu məsələdə də Azərbaycanda rus məktəblərinin çoxluğuna diqqət çəkib.

“Heç bir rus, ukraynalı və ya başqa millətin nümayəndəsi özünü ikinci növ adam kimi hiss etmir. Heç kimə bir bəhanə verməyiblər. Türk olublar, ruscaya qadağa qoymayıblar, öz mədəniyyətlərini inkişaf etdiriblər”, – sabiq müşavir vurğulayıb.

Bu reallıqlardan çıxış edən Arestoviç bildirib ki, Ukrayna Azərbaycana güzgü kimi baxmalı və tava ilə öz səfeh başına vurmalıdır. AzVision.az 

Həmçinin oxuyun

ABŞ-ın Azərbaycandakı səfiri: “İttihamların çoxu uydurmadır, məqsəd jurnalistlərin səsini kəsməkdir”

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə bir qrup jurnalistlə görüşüb, onların …