Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda sığortaçıların davranış məcəlləsi hazırlanır

Azərbaycanda sığortaçıların davranış məcəlləsi hazırlanır

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq Komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nında nəzərdə tutulmuş şikayət proseduraları, sığortaçılar və sığorta vasitəçilərinin davranış məcəlləsinin hazırlanması, həmçinin “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” qanunlara və Mülki Məcəllənin 50-ci fəslinə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması məsələləri müzakirə olunub.

“Report”un ASA-ya istinadən verdiyi xəbərə görə, müzakirələr nəticəsində şikayət proseduraları, həmçinin sığortaçılar və sığorta vasitəçilərinin davranış məcəlləsinin hazırlanması ilə bağlı Komitəyə üzv olan sığorta şirkətləri nümayəndələrindən ibarət işçi qruplarının yaradılması qərara alınıb, işçi qruplarına beynəlxalq və yerli təcrübə əsasında 10 gün müddətində sözügedən mövzulara dair təkliflər hazırlayaraq Komitəyə təqdim etmələri tapşırılıb.

İclasda həmçinin “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” qanunlara və Mülki Məcəllənin 50-ci fəslinə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin 1 həftə müddətində hazırlanaraq təqdim edilməsi qərarı qəbul olunub.

Qeyd edək ki, qəbul olunan qərarlar əsasında görüləcək işlər ASA-nın Hüquq Komitəsinin 2 həftə sonra təşkil olunacaq iclasında yenidən müzakirə ediləcək.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın