Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 24 yaşlı bu qadın 20 evdən oğurluq edib – Video

24 yaşlı bu qadın 20 evdən oğurluq edib – Video

Yasamal rayonu 2-ci Alatava 108 saylı evdə yaşayan Ağayev Xalid Babacan oğlu 25.10.2015-ci ildə Bakı şəhər Yasamal RPİ-nin 29-cu PB-nə ərizə ilə müraciət edərək həmin gecə naməlum şəxslərin gecə gizli yolla yaşadığı evə daxil olmaqla evindən xeyli miqdarda pul və zinət əşyalarının oğurlandığını bildirib.

“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, 29-cu PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılmış və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən 1991-ci ildə Bakı şəhəri Lökbatan qəsəbəsində anadan olmuş, Musayeva İranə Məmməd qızı saxlanılaraq Yasamal RPİ-nin İŞ-nə təqdim edilib. Saxlanılan zaman onun üzərindən həmin evdən oğurladığı əşyalar aşkar edilərək götürülüb.

İş üzrə müstəntiq Xəqani Cəfərov cinayətlə bağlı açıqlama verib:

“Bundan sonra aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Bakı şəhəri Yasamal rayon ərazisində 20-ə yaxın evlərə qanunsuz daxil olmaqla vətəndaşlara məxsus əmlakı gizli yolla talayıb”.

Fakta görə, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin şəxsin Bakı şəhər Yasamal rayon ərazisində və eləcə də digər rayonların ərazilərində başqa cinayətlərin törədib-törətməməsinin aydınlaşdırılması istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın