Bazar , Sentyabr 22 2019
Ana səhifə / Media / Hamilə qadını döydü, doğulan uşaq öldü – Şirvanda

Hamilə qadını döydü, doğulan uşaq öldü – Şirvanda

Doğulan uşaq aldığı xəsarətlərdən 10 dəqiqə sonra ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1988-ci il Mədətov Elşad Nazim oğlu 7 aylıq hamilə olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib.
Ü.Kərimova Şirvan doğum evinə çatdırılıb. Vaxtından qabaq və xəsarətlərlə doğulan uşaq 10 dəqiqə sonra ölüb. Uşağın meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə müayinə olunmaq üçün təhvil verilib.

Ü.Kərimovanın yaxın qohumlarının bildirdiyinə görə, o, əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb. Hazırda Elşad Mədətov baş verənlər barədə polisə ifadə verir. Onun polis tərəfindən saxlanılacağı gözlənilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın