Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Media / Sabah qar yağacaq – PROQNOZ

Sabah qar yağacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Read more: https://sputnik.az/life/20170423/409958796/aprelde-qeyri-yaz-havasi.html

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın