Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Media / Göyçaydakı qudalar hakimiyyətindən Prezidentə VİDEO ŞİKAYƏT…

Göyçaydakı qudalar hakimiyyətindən Prezidentə VİDEO ŞİKAYƏT…

Göyçay rayon Mirzəhüseyinli kənd sakinləri tərəfindən 
 
                                      ŞİKAYƏT  MƏKTUBU 
Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun cinayət əməllərinə görə məhv olur. Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilmişdir. Həmin boru vasitəsi ilə biz Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdıq. Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb satıb talan etmişdir.
Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə eilmişdir. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırıldı texnikalar əkin yerlərini qazıb taxılı məhv etmişdir. Bu misli görünməmiş cinayətdir ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirmişdir. Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilmişdir. Qanunu sənədlərimizdə var. Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur ümüdümüz ancaq əkinçiliyə idi. Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik. Buda kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq. Bələdiyyə sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır. Buna görə də bu cinayəti bələdiyyə sədri qorxmadan törətmişdir.
Bildiririk ki, cinayətkar bələdiyyə sədri barədə tədbir görülməsə Bakı şəhərinə Prezident Administrasiyasının qarşısına gedib sözümüzü prezident cənab İlham Əliyevə çatdıracağıq.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirik talançılıq cinayəti törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Mirzəhüseyinli bələdiyyəsinin sədri Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görəsiniz.
Azadov Vasif Nizami oğlu 
Mustafayev Vüqar Surxay oğlu 
Hacıyev Fərid Əlimuxtar oğlu
Əhmədov Tərlan Vidadi oğlu 
Soltanov Həmid Feyzulla oğlu 
Süleymanov Füzuli Süleyman oğlu 
Əliyev Coşqun Firuddun oğlu 
Əliyev Vüsal Firuddun oğlu 
 İsmayılov Amil Alik oğlu 
Soltanov Zabit Eynulla oğlu
İsmayılov Nicat Etibar oğlu                                                                                                                               Kərimov Araz Qüdrət oğlu
Qurbanov Çingiz Qalib oğlu
İsmayılov Symur Miri oğlu
İsmayılov Tufan Ehtiram oğlu 
Əliyev Rafiq Təvəkkül oğlu (050) 718-08-57

Həmçinin oxuyun

Sayt rəhbəri 752 min manat cərimələndi – Foto

İspaniyanın Mədəniyyət, Təhsil və İdman Nazirliyi exvagos.com, exvagos1.com və exvagos2.com saytlarının sahibi Aleks Cayla qarşı …

Bir cavab yazın