Şənbə , İyun 10 2023
Ana səhifə / Media / YAP üçün yeni bina tikilir – Foto

YAP üçün yeni bina tikilir – Foto

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati bina tikilir. Sumqayıt şəhərinin 6-cı mikrorayonu ərazisində tikilən bina ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək. Təşkilatın hazırda fəaliyyət göstərdiyi bina qəzalı vəziyyətdədir.

“ Azinforum.az ” xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Azərtac-a bildirilib ki, bina iki mərtəbədən və mansarddan ibarət olacaq. Müasir avadanlıqla təchiz ediləcək ikimərtəbəli binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq. Binanın tikildiyi ərazi abadlaşdırılacaq, yaşıllıq zolağı və park salınacaq.
İlin sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulan bina Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin layihəsi əsasında tikilir.

YAP üçün yeni bina tikilir  -  Foto

Həmçinin oxuyun

20 özəl xəbər yarışı informasiya məkanımıza hansı ziyanları vurur…

İşimlə əlaqədar olaraq, demək olar ki, hər gün ölkədə fəaliyyət göstərən azı 20-30 saytı nəzərdən …

Bir cavab yazın