Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Media / Gəncədə “Siqaret Alma, Alma Al” aksiyası

Gəncədə “Siqaret Alma, Alma Al” aksiyası

“ASAN Könüllüləri” Təşkilatının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Könüllülər Yurdu-Azərbaycan” layihəsi davam edir.

ARB TV xəbər verir ki, könüllülərin növbəti toplantısı Gəncədə olub.

Nizami yurdunda gənclər “Siqaret alma, alma al” devizi altında maraqlı bir aksiya da keçiriblər.

Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”, “Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” – layihə çərçivəsində bu adlar altında aksiyalar təşkil olunur.

Məqsəd gəncləri maarifləndirilmək, onların şəxsi inkişafını stimullaşdırmaq, könüllülük hərəkatının daha da genişlənməsinə nail olmaqdır.

Bu gün Gəncə şəhərindəki Xan bağında “Siqaret Alma, Alma Al” devizi altında təşkil olunan aksiyada isə məqsəd, adından da məlum olduğu kimi, insanları zərərli vərdişdən qurtulmağa sövq etmək olub. 100 dən artıq könüllü aksiyada, siqaretdən istifadə edən şəhər sakinlərinə alma verib, əvəzində əllərindəki siqareti alıblar.

Ölkənin 24 şəhər və rayonunu əhatə edən “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə Bakıdan start verilib. Layihə avqustun 25-də Qəbələdə başa çatacaq.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın