Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rövnəq Abdullayev Sankt-Peterburqda mühüm danışıqlarda

Rövnəq Abdullayev Sankt-Peterburqda mühüm danışıqlarda

SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 21-də Sankt-Peterburqda “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerlə görüşdən sonra “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə də bir araya gəlib.

Virtualaz.org bildirir ki, bu barədə SOCAR-ın saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikir mübadilələri aparılıb.

*   *  *22:13

Avqustun 21-də Sankt-Peterburq şəhərində Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Danışıqların başqa təfərrüatları açıqlanmır. Bu da tamamilə gözləniləndir. Çünki A.Millerlə R.Abdullaevanın 2017-ci ilin iyulunda keçirilən əvvəlki görüşü də qapalı olmuşdu.

Daha əvvəl isə Rusiya KİV-i bildirirdi ki, SOCAR və “Qazprom” ildə Azərbaycana çatdırılan qazın həcminin 3-5 milyard kubmetrə qədər artırılması haqda danışıqlar aparır. Ancaq sonra SOCAR bu informasiyanı təkzib etdi. Ümumiyyətlə SOCAR-da Rusiya qazının Azərbaycana çatdırılması ilə bağlı bəyanatlarda çox ehtiyatlı davranırlar.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın