Cümə , Oktyabr 30 2020
Ana səhifə / Media / “Favorit” market velosiped yolunu zəbt etdi – Video

“Favorit” market velosiped yolunu zəbt etdi – Video

Yeni çəkilən velosiped zolağının üzərində avtomobil dayanacağı salıblar. Nəticədə velosipedçilər yolun hərkət hissəsindən keçmək məcburiyyətində qalıblar

Görüntülər Binəqədi-Novxanı yolundandır.Yolun kənarında yerləşən “Favorit” market velosiped zolağını zəbt edib. Marketə alış-verişə gələnlər avtomobili düz zolağın üzərində saxlayırlar. Nəticədə də velosipedçilər yolun əsas hissəsinə çıxırlar ki, bu da onlar üçün təhlükəlidir.

Hətta velosiped zolağının silinərək yerində parklanmanın olduğunu bildirən zolaqlar çəkilib. Bu isə velosipedçilərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı həmin marketin müdiri Elnur Abışov deyir ki, piyada zolağını qısa zamanda təmizləyəcəklər. Bundan sonra velosiped zolağı bərpa olunacaq.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın