Bazar ertəsi , May 27 2019
Ana səhifə / Media / DİQQƏT: Bakıda kontur fırıldaqçılarının növbəti əməli… – FOTOFAKT

DİQQƏT: Bakıda kontur fırıldaqçılarının növbəti əməli… – FOTOFAKT

Bakıda vətəndaşları aldatmağa çalışan, asan yolla pul qazanmaq istəyən şəxslər peyda olublar.
Musavat.com xəbər verir ki, bu şəxslər vətəndaşlara öz nömrələrindən mesaj göndərərək, guya onların hesabına yanlışlıqla pul köçürdüklərini deyirlər. Qarşılığında isə özlərini “yaxşı” göstərərək, heç olmasa, göndərilən məbləğin bir hissəsinin geri qaytarılmasını istəyirlər.
Fırıldaqçıların bu yalanına aldananlar da olur.
Diqqətinizə çatdıraq ki, sizin balansınıza hansısa bir məbləğin köçürülməsi haqda mesaj şəxsi nömrədən gələ bilməz. Balansa kontur yükləyərkən hansı mobil operatordan istifadə edirsinizsə, həmin operatordan da mesaj alırsınız.
Lakin asan yolla pul qazanmaq istəyən bu fırıldaqçılar müxtəlif nömrələrdən vətəndaşlara mesaj göndərirlər. Bu mesajlardan birini oxucularımıza təqdim edirik:
“Hörmətli abonent!
0517082877 nömrəli abonenet sizin balansınıza 25 AZN yükləmişdir”.
Mesajı da elə eyni nömrədən göndərirlər. Mesaj göndəriləndən bir neçə saniyə sonra zəng edərək, konturun geri qaytarılmasını istəyirlər. Tez zəng etmələrinin səbəbi isə sizi çaşdırmaqdır.
Mesajın kimdən gəlməsinə fikir verməyən, balansındakı məbləği yoxlamayanlar bu fırıldağın qurbanı olurlar.
Qeyd etdiyimiz nömrə ilə əlaqə saxladıq. Zəngə cavab verən şəxs fırıldağının ortaya çıxdığını başa düşən kimi telefonu söndürdü.
Belə fırıldaqçıların qurbanı olmamaq üçün diqqətli olmaq lazımdır.


Həmçinin oxuyun

AzTV-də daha bir yenilik… – FOTO

Azərbaycan televiziyasında yeni və daha gözəl studiya qurulub. Kult.az xəbər verir ki, AzTV-nin sosial şəbəkə hesabında …

Bir cavab yazın