Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Baş Prokurorluq daha bir jurnalisti sorğu-sual etdi

Baş Prokurorluq daha bir jurnalisti sorğu-sual etdi

Jurnalist Aytən Fərhadova Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verib.

Bizimyol.info saytına açıqlama verən Aytən Fərhadova bildirib ki, ona əvvəlcə avqustun 20-də Mingəçev Şəhər Polis Şöbəsində Bəhuz Hacıyevin intihar etməsindən sonra baş vermiş hadisələrlə bağlı suallar verilib.

Daha sonra isə Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar soruşulub: “Detallı olaraq soruşdular ki, əvvəllər harada işləmişəm, son iş yerimdən niyə çıxmışam, Meydan TV ilə hansı formada əməkdaşlıq edirəm, əməkhaqqı alırammı, əməkhaqqı almıramsa niyə əməkdaşlıq edirəm və s. Xüsusilə maliyyə məsələləri ilə bağlı detallarla daha çox maraqlanırdılar”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın