Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / Bakcell: Azercell-in sistemində texniki problem var

Bakcell: Azercell-in sistemində texniki problem var

Yanvarın 15-də saat təxminən 14:15-dən etibarən “Bakcell” nömrələrindən “Azercell” nömrələrinə zəng getməməsi ilə bağlı Bakcell-ə çoxsaylı şikayətlər daxil olur.

“Bakcell” şirkətindən Trend-ə verilən məlumata görə, şikayətlər, əsasən, “Azercell” abunəçilərinə edilən zənglərin tez-tez kəsilməsi, bütün xətlərin məşğul olması və zəng vuran zaman digər abunəçilərin telefon danışığının eşidilməsi ilə bağlıdır.

“Bakcell” bununla əlaqədar olaraq abunəçilərinin nəzərinə çatdırır ki, bunun səbəbi digər mobil operatorun sistemində baş vermiş texniki problemlə əlaqədardır: “Ümid edirik ki, qarşı tərəf problemin tezliklə həll edilməsinə nail olacaq”.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın