Ana səhifə / Şou Biznes / 39 yaşlı yeni nazir kimdir?

39 yaşlı yeni nazir kimdir?

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifədən əvvəl o, ötən ilin noyabrında nazirin birinci müavini təyin olunmuşdu.

Ramin Quluzadə həmin vəzifəyə qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, eks-Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilmişdi.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın