Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Azərbaycanda atılan körpələrin sayı açıqlanıb

Azərbaycanda atılan körpələrin sayı açıqlanıb

Azərbaycanda körpələr evində 3 yaşadək olan uşaqların sayı artıb.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ötən il körpələr evində 3 yaşadək olan uşaqların sayı 57 nəfər olub ki, onlardan 43,9 faizini qızlar, 56,1 faizini isə oğlanlar təşkil edib.
2014-cü ildə körpələr evində olan 3 yaşadək uşaqların sayı 45 nəfər olub. Onlardan 46,7 faizini qızlar, 53,3 faizni oğlanlar təşkil edib.
2013-cü ildə bu rəqəm 62, 2012-ci ildə 64 nəfər olub.
2011-ci ildə körpələr evində 3 yaşadək olan uşaqların sayı 55 nəfər olub ki, onların da 52,7 faizi oğlan uşaqları olub.
Qeyd edək ki, körpələr evləri kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın