Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “OĞRU” “QULİ”NİN XANIM VƏKİLİ CİNAYƏT ALƏMİN İDEYALARINI TƏBLİĞ EDİR – AZƏR TAĞIYEV HARA BAXIR?

“OĞRU” “QULİ”NİN XANIM VƏKİLİ CİNAYƏT ALƏMİN İDEYALARINI TƏBLİĞ EDİR – AZƏR TAĞIYEV HARA BAXIR?

Ortada çox ciddi bir problem var. Rövşən Lənkəranskinin ölümünə medianın göstərdiyi diqqəti başa düşdük. Adam beynəlxalq səviyyəli avtoritet idi. Burada yox, hansısa başqa ölkədə yaşasaydı da, reaksiya anoloji olacaqdı. Ancaq bu heç də o anlama gəlmir ki, cəmiyyətin bütün qolları kriminal aləmin əsirinə çevrilməlidir. Hüquq qarşısında cavabdehlik daşıyan bəzi adamlar belə, açıq-açığına kriminal aləmin təəssübkeşi qismində çıxış edir, hətta “vorvskoy” razborkalar, “oğru” titulunun kimdən alınıb, kimə verilməsi barədə mediaya çəkinmədən açıqlamalar verir. Maraqlıdır ki, əlaqədar qurumlar bunu normal şəkildə həzm edir və heç bir qanuni tədbir görmür.
Görün, vəziyyət nə yerə çatıb ki, “oğru” titulunu daşıyan Quli ləqəbli Nadir Səlifovun Təranə Əliyeva adlı vəkili heç nədən çəkinmədən “oğru” dünyasının təbliğatı ilə məşğul olur. Həmin aləmdə yaşanan problemlərlə bağlı mətbuta açıqlamalar verir. Bu mövzuya bir dəfə də toxunmuşduq. Təranə xanım bu açıqlamaları Qulinin adından verirsə belə,  düz etmir. Çünki “oğruların” yaşadığı ideyaya görə, heç bir “oğru” hətta kimnisə vasitəsilə belə mediaya açıqlama verə bilməz. Bu onların yaşam tərzinə ziddir. Ortaya məntiqi sual çıxır: Quli bunun məsuliyyətini bilə-bilə belə hərəkətə yol verərmi? Yox, əgər bu, vəkilin özfəaliyyətidirsə, onda burda hüquqi məsuliyyətdən söhbət gedə bilər. Məntiqlə hər iki hal vəkilin “oğru” dünyasında baş verənlərlə bağlı mediaya açıqlama verməsini qadağan edir.

 

azer

                                                                 AZƏR TAĞIYEV

Yəqin ki, Qulinin var- dövləti və ya onda olan başqa bir cazibə qüvvəsi vəkilləri onun yolunda hətta qanunsuzluqlar etməyə belə vadar edir. Bir müddət əvvəl, Kamandar Nəsibov adlı bir vəkili Quliyə telefon keçirərkən həbsaxananın qapısında saxlanılaraq məsuliyyətə cəlb olundu. Maraqlıdır ki, bu biabırçılıqdan sonra, həmin adam hələ də vəkillik fəaliyyətilə məşğul olur.

İndi də, onun Təranə Əliyeva adlı xanım vəkili hər gün Qulinin yanına gedib gələndən sonra, mediaya “vorovskoy”dan dərs keçir.

Maraqlıdır,  Vəkillər Kollegiaysının sədri Azər Tağıyev hara baxır? Yoxsa o da “vorovskoy” aləmin əsirinə çevrilib? Belə olmasaydı yəqin ki, Kamndar Nəsibov və Təranə Əliyeva barədə lazımi ölçü götürərdi. Gəlin,  Təranə Əliyevanın Cebhe.info saytına verdiyi müsahibə ilə tanış olaq.
“Namik Səlifovun “oğru” statusundan məhrum edilməsi barədə xəbər həqiqətəuyğundurmu?”sualını cavablandıran Nadir Səlifovun vəkili Təranə Əliyeva bu xəbərlərin reytinq xatirinə gündəmə gətirildiyini vurğulayıb:

 

al

 

“ Bir müddət əvvəl bu barədə məlumatlar mediada yayılmışdı. Yenidən bu məsələnin gündəmə gətirilməsi anlaşılan deyil. Bu məsələ bir il yarımın söhbətidir. Sonradan bu haqda mətbuatda təkzib də verilmişdi. Əslində mən vəkil olaraq belə məsələlərə qarışmıram. Amma onu deyə bilərəm ki, “qanuni oğrular”ın elə bir yığıncağı olmayıb. Namik Səlifovun “oğru” titulunun alınması söhbəti ümumiyyətlə olmayıb. Bu, yeni bir söhbət deyil. O vaxt da bu xəbərlər yayılanda məndən soruşdular, mən də bildirdim ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Mənə elə gəlir ki, indi “Şakro”nun öz problemləri var, həbsdədir, barəsində istintaq aparılır. Yəni, heç bir “sxodka” olmayıb. Namik Səlifovun adı isə heç vaxt bu məsələdə müzakirə olunmayıb. Yenə deyirəm, mən bu məsələlərə qarışmıram, sadəcə bildiyimə görə, bu, köhnə söhbətdi və belə bir şey yoxdur”.
Vəkilin sözlərinə görə, məsələnin yenidən gündəmə gətirilməsi vəziyyətin gərginləşdirilməsi cəhdindən xəbər verir:

“Bunlar nəsə daşaltı söhbətlərdir. Gərək ki, bu məlumatların yenidən yayılması boş deyil. Burada hansısa məqamlar var. Bəlkə kimisə nəyəsə qarışdırmaq istəyirlər. Məncə reytinq xatirinə yalan, əsassız informasiyalar verirlər Belə bir şey yoxdur. Həm də bir daha vurğulayıram ki, “Şakro” həbsdədir, istintaqı gedir. “Sxodka” necə ola bilər?”

 

shems

                                                            ŞƏMSƏDDİN ƏLİYEV

 

Tanınmış hüquqşunas, istefada olan polkovnik Şəmsəddin Əliyev Azinforum.az-a açıqlamasında bildirdi ki, Azərbaycan hüquq-mühafizə orqanlarının kriminal qarşı apardığı mübarizənin kökündə duran vacib məsələlərdən biri də, həmin ideyanın yayılmasının qarşısını almaqdır:

“Azərbaycanın bütün məcəllələrində kriminal aləmin təbliği qadağan olunur.  Hansısa vəkil buna məhəl qoymursa, deməli qanunları pozmuş olur. Vəkillərin fəaliyyəti eyni zamanada, onların peşə kodeksi ilə tənzimlənir. “Oğru” dünyasının sözçülüyünü üzərinə götürüən vəkil barəsində dərhal ciddi tədbir görülməlidir. Çünki bu cür fəaliyyət qanunaziddir. Əks halda, bunun bizim gənclərimizin tərbiyyəsinə pis təsiri ola bilər”.

 

mehman

 

                                                            MEHMAN MURADLI

 

Digər hüquqşunas Mehman Muradlı da Azinforum.az-a açıqlamasında bildirdi ki, belə halların qarşısı mütləq alınmalıdır:

“Bəzi vəkillər özlərini Polad Alemdar hesab edir. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində açıqlama verə bilər. Hansısa kriminal avtoritetin vəkili olmaq,  heç də o anlama gəlmir ki, həmin hüquqşunas “razborkalar” və ya kiməsə titulun  verilib və ya  geri alınmasından danışmalıdır. Mənə elə gəlir ki, bununla bağlı həmin vəkil barəsində ciddi ölçü götürülməlidir”.

M.MİRZƏ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın