Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Media / Azərbaycanda şəkər xəsətəsi olan uşaqların sayı niyə artıb? – Açıqlama

Azərbaycanda şəkər xəsətəsi olan uşaqların sayı niyə artıb? – Açıqlama

İngiltərə qida sektoruna yeni qadağa tətbiq edib. Ölkəsində şəkərli diabetə tutulan uşaqların sürətlə artması onu bu sahədə qəti qərarlar qəbul etməyə vadar edib. Belə ki, İngiltərə Cəmiyyət Sağlamlığı Təşkilatı məktəbə gedən hər 5 uşaqdan birində şəkərli diabetin aşkarlandığını bildirib. Çünki ölkədə uşaqlar hər gün ehtiyaclarından 3 qat artıq şəkər qəbul edir. Təşkilat isə şirniyyat fabriklərinə məhsullarının həcmini kiçilmək və ya şəkərin miqdarını azaltmaq kimi qadağa qoyub.

Bildiyimiz kimi, hər ötən il Azərbaycanda da şəkərli diabetə tutal xəstələrin sayı sürətlə artır. Bu göstəriciyə artıq uşaqlar arasında da tez-tez rast gəlirik. “A24.az” Azərbaycanda şəkər xəstəsi olan xəstələrin və uşaqların sayını araşdırarkən müəyyən edib ki, hazırda Azərbaycanda rəsmi olaraq 212 577 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Onlardan 1150 nəfəri I tip şəkərli diabet xəstəsidir və 99 faizi insulindan asılı vəsiyyətdə yaşayır. Dünyada isə 500 mindən çox uşaq şəkər xəstəsidir və hətta aralarında 1 yaşlı uşaqlar da var.

Mövzu ilə bağlı Respublika Endokrinologiya Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən Lətafət Şirəliyeva bildirdi ki, 2001-ci ildən sonra şəkər xəstəliyinə tutulan uşaqların sayı yaman artıb. “Bakı şəhərində 550 uşaq dispanserimizdə qeydiyyatdadır. Diabet olan 5-6 aylıq uşaqlardan tutmuş 18 yaşına kimi uşaqları qeydiyyata alırıq. Daha çox uşaqlarda 6 ayından sonra diabet aşkarlanır. Uşaqlarda erkən yaşda şəkərli diabet xəstəliyinə rast gəlinməsinin başlıca səbəbi irsi faktordan, infeksion xəstəliklərdən, qorxudan və ya qidalardan irəli gəlir. Bunu konkret bir şeylə əlaqələndirə bilmərik. Çünki qeydiyyatımızda olan elə uşaqlar var ki, ailəsində heç kimdə şəkərli diabet yoxdur, amma uşaq bu xəstəliyə tutulub.

Bu xəstəliyə yoluxanlar arasında 6 yaşlı uşaqların çoxluq təşkil etdiyini deyən Lətafət xanım, bildirdi ki, 2010-cu ildən sonra şəkərli diabet olan uşaqların sayı daha da artıb. Buna səbəb isə, həmin ildə Azərbaycanda baş verən zəlzələ ilə əlaqədardır. “Anaların qorxu hissi keçirməsi uşaqların da sağlamlığına təsirsiz ötüşməyib. Lakin şəkərli diabet olan uşaqların süni qidalanla qidalanması da onların sonradan diabet olmalarına zəmin yaradır.”

Lətafət xanım bir məsələni isə xüsusi vurğuladı: “Bir faktı qeyd edim ki, əgər ailədə bir uşaq şəkər xəstəsidirsə, o biri uşaq da şəkərə tutulur. Lakin biz hələ araşdıra bilmirik ki, bunun səbəbi nədir?”

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov isə İqtisadiyyat və Səhiyyə Nazirliyini tənqid atəşinə tutdu. O bildirdi ki, dəfələrlə şikayət etməsinə baxmayaraq İqtisiadiyyat Nazirliyi bu məsələyə heç diqqət yetirmir:

“Son zamanlar diabet xəstəliyi sürətlə artır, cavanlaşır və sizin sayt vasitəsiylə demək istəyirəm ki, bu çox anormal haldır. Azad İstehlakçıları Birliyinin əlində İqtisadiyyat Nazirliyinin rəsmi sənədi var ki, marketlərin diabet taxtçalarında satılan “Sladkiy saxar” deyilən məhsul, eləcə də qırmızı sellofanlarla qablaşdırılmış malların şəkər xəstələrinə zərəri var. Əlimizdə bununla bağlı rəsmi sənəd də var. Lakin bu günlərdə həmin mallar Azərbaycanın marketlərində diabet taxçalarında satılır. Baxmayaraq ki, mən bunu dəfələrlə xahiş eləmişəm, xüsusilə də Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumatlar vermişəm ki, bu məhsullar taxçalardan yığışdırılsın. Lakin adını çəkdiyim sonuncu dövlət orqanı məndən tələb edir ki, o dükanların bizə siyahısını, adlarını verin və sair. Yəni İqtisadiyyat Nazirliyi, ümumiyyətlə, baxmayaraq ki, adında istehlakçıların hüquqlarını qorumaq var, bu məsələyə diqqət vermir”.

Eyyub Hüseynov hətta bazarda satılan bir məhsulun isə şəkərli xəstələr üçün çox zərəli olduğu vurğulayaraq, “reklam olunan və Türkiyədən Azərbaycana idxal olunan “sinirotu” var. Şəkər xəstələrinə zərəli bir şeydir. Lakin bu gün bu məhsul həm reklam olunur, həm də satılır. İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi isə bu işlərə göz yumur. Bu anormal haldır. Mütləq və mütləq Azərbaycanda şirniyyatlar uşaq bağçalarından, məktəb bufetlərindən mümkün olduğu qədər yığışdırılmalıdır. Bu işdə İqtisadiyyat Nazirliyini mən xüsusi tənqid edirəm”.

Tanınmış dietoloq Leyla Zülfüqarlı isə toxunduğumuz məsələyə çox həssaslıqla yanaşdı və ətraflı şəkildə şəkərin uşaqların hüceyrələrini necə zədələdiyini təfsilatları ilə izah etdi:

“Bilirsiz, son zamanlar şəkərli diabetin ən çox aşkar olunduğu şəxslər uşaqlardır. Amma bu təsadüfi deyil. İldən-ilə, nəsildən-nəsilə insanlarda şəkər yüklənməsi var. Çünki bizim mental yemək qaydalarımız, mental xörəklərimiz var. Hətta bizim mental qidalanmağımız mental xəstəliklərimizə çevrilib. Burda ciddi dəyişikliklər etməsək, təbii ki, xəstəliklər dayanmayacaq, getdikcə artacaq. Qidalanmağımızda ciddi islahatlara ehtiyac var. Sizcə, həyat tərzimizdə daha çox hansı qidalar üstünlük təşkil edir? Çox düşünməyimizə ehtiyac yoxdur. Bunlar şirin qazlı içkilərdir. Bütün brend olan qazlı işçkilər tərkib olaraq çox ziyanlıdır. Deməli, qidalar 3 istiqamətdə bizə ziyan verir: birincisi, daha çox geni dəyişdirilmiş qidalar var ki, bunlar da uşaq orqanizminə çox ziyandır. Çünki onlar uşaq hüceyrələrini zədələyir, Körpələrin hüceyrələri cavan olduğu üçün onlar daha həssasdır.

İkincisi, daha böyük bəla şəkərli diabetdir. Deməli, şəkərli qazlı içkilərin 1 kalorisi, təsəvvür edin 1 stəkan şirinçaya bərabərdir. Lakin insanlar bunu bilmir və sanki maye ehtiyacını ödəmək üçün su yerinə qoyaraq bu içkiləri içirlər. Bu çox ciddi problemdir.

Üçüncüsü isə, mental yeməklərimizdən q ynaqlanan mental xəstəliklərimzidir. Məsələn, uşaqlara şirinçay içirtməyimizdir. Belə ki, şirinçay yemək ağırlığı qədər bizə kalori ötürür.

Bir dietoloq kimi mənə müraciət edən xəstələrin hər 10-dan 8-də insulin dirənci var. İnsulin dirənci nə deməkdir? İnsulin dirənci vaxtında müalicə olunmazsa, gələcəkdə şəkərli diabet xəstəliyinə keçə bilər”.

Uşaqların şirniyyata olan tələbini ödəməyə gəldikdə isə dietoloq təbii şirniyyat qaynaqlarından istifadə etməyi və orqanizmimizdə şəkəri tələb edən maddələrin bərpa edilməsini məsləhər verdi.

“Şirniyyat nədir? Karbohidrat qrupudur. Karbohidrat qurpunun da öz kateqoriyaları var. Bütün meyvələr, bütün meyvə quruları, ümumiyyətlə, gündəlik rasionumuzdakı qidaların əksəriyyəti karbohidratlardır. Onlar da orqamizmə düşəndən sonra çevrilmə nəticəsində qlükoza əmələ gəlir. Və biz təkcə şirinçayı, çörəyi, yeməkləri qəbul edəndə bütün bunlar bədəndə qida ehtiyyatı kimi toplanır. Ona görə də uşaqların şirniyyata olan ehtiyacını meyvələr, meyvə quruları, çərəzlər, təbii şirniyyat tərkibli maddələrlə ödəmək lazımdır. Əgər bir insanın bədəni şirniyyat tələb edirsə, şirinçay içməklə o bu problemin üstünü ort-basdır etmiş olur, amma qarşısını ala bilmir. Araşdırma apardıqda məlum olur ki, bədəni şirniyyat tələb edən insanın əslində fol turşusuna, B12 vitamininə və yaxud da dəmirə (Fe) ehtiyacı var. Şirinçay isə bu ehtiyacları ödəmir. Lakin insanın bədənində bu maddələr bərpa olunanda onun şirniyyata olan tələbinin qarşısı alınmış olur”. ( a24.az)

Həmçinin oxuyun

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi – Video

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi …

Bir cavab yazın