Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Kriminal / Manatın revanşı dayanıqlı olacaqmı? – İQTİSADÇI

Manatın revanşı dayanıqlı olacaqmı? – İQTİSADÇI

Aprelin 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşdı. Qeyd edək ki, bu gün dolların məzənnəsi 1.7244 manat səviyyəsindədir. Beləliklə, manat dollar qarşısında təxminən 0,6 faiz bahalaşıb. Mərkəzi Bankda keçirilmiş hərracdan sonra, banklarda dollar düşdü.

Belə ki, günün birinci yarısından sonra Bank Respublika Dolların satış qiymətini 1.74 manatdan 1.73 manata, Uni Bank isə alışı 1.7160 manatdan 1.67 manata, satışı 1.7290 manatdan 1.7280 manata, Yapı Kredi alışı 1.7050 manatdan 1.70 manata, satışı 1.74 manatdan 1.7250 manata, Turan Bank isə alışı 1.70 manatdan 1.68 manata, satışı isə 1.74 manatdan 1.73 manata, GünayBank alışı 1.72 manatdan 1.7120 manata, satışı isə 1.7350 manatdan 1.7280 manata endirib.

Ucuzlaşan neft, dəyərdən düşən milli valyuta, müflis olmaq həddinə gəlib çatan banklar, daşınmaz əmlak bazarının çökməsi, ərzaq bahalaşması, dayanan müəssisələr, bağlanan iş yerləri son illər Azərbaycan da daxil olmaqla MDB ölkələri üçün ciddi fəsadlar meydana çıxardı. Neftin kəskin ucuzlaşması iqtisadiyyatı neftdən asılı ölkələri iqtisadi islahatlara, struktur islahatlarına getməyə məcbur etdi.Müstəqil ekspertlər indiki böhranın lokal xarakter daşımadığını, ayrılıqda hansısa regionu və ölkələri əhatə etmədiyi barədə rəylər verib.Hazırkı durumda rus rublu, türk lirəsi, Qazaxıstan təngəsi və digər ölkələrin milli valyutası dəyərdən düşür.Belə bir məqamda Azərbaycan manatın revanşının dayanıqlı olacağı sual doğurur.

İqtisadçı-alim Qubad İbadoğlu “Cümhuriyət” qəzetinə bildirib ki, indiki şərtlərlə manatın dayanıqlılığını davamlı proses kimi qiymətləndirmək mümkün deyil:

“Çünki ölkədə iqtisadiyyatı zəifləyib, valyuta əməliyyatlarına ehtiyac azalır. Bu səbəbdən manatın məzənnəsində müəyyən şərtlər formalaşır.Düşünürəm ki, ilin əvvəlində müşahidə olunan əmlak bazarında dinamikanın aşağı düşməsi, alıcılıq qabiliyyətinin azalması, belə statusların məhdudlaşması ilə bağlıdır.Eyni zamanda hesab edirəm ki, dövriyyədəki manat kütləsinin məhdudlaşdırmaqla sərbəst manatın kütləsinin valyutaya yönləndirilməsinin qarşısını almağa çalışdı.İndiki halda manatın möhkəmlənməsi Azərbaycanın makroiqtisadi siyasətinin hədəflərinə də cavab vermir.Bu baxımdan düşünürəm ki, manat məsələsində aparılan siyasət yanlışdır və hazırkı siyasətin nəticələri əslində iqtisadi böhranın daha da dərinləşməsinə gətirib çıxardır. Hesab edirəm ki, müəyyən dövr üçün nəzərdə tutulan aralıq siyasətinin başa çatmasına çox az qalıb. Bundan sonra biz manatın məzənnəsində əks dəyişiklikləri müşahidə edəcəyik.Azərbaycan iqtisadiyyatının hədəfində tıxac reseptoru və verginin artırılması durur.İxracatçıların və sənayeçilərin maraqları da xarici valyutanın məzənnəsinin ucuzlaşmasını tələb edir”.

Həmçinin oxuyun

İşdən çıxarılan məktəb direktoru “general”a 10 min rüşvət verib – Təfərrüatlar

70 yaşında məktəb direktoru olmaq istəyən şəxs dələduzluqda üzləşib. Onun 10 min manatını ələ keçiriblər. …

Bir cavab yazın