Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Media / Azərbaycanda kurrikulumla tədris ləğv edilir? – Rəsmi açıqlama

Azərbaycanda kurrikulumla tədris ləğv edilir? – Rəsmi açıqlama

Azərbaycanda ümumtəhsil məktəblərində kurrikulumla tədrisin ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Qeyd edilib ki, yeni təhsil proqramları gözlənilən nəticəni verməyib. İddialara görə, kurrikulumla tədrisin ləğvinə əsas səbəblərdən biri şagirdlərin müxtəlif siniflərdə monitorinq imtahan nəticələrinin qənaetbəxş olmamasıdır.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov AzVision.az-a bildirib ki, bu məlumat tamamilə yalandır.

“Yanlış məlumatdır və kurrikulumla tədrisin ləğvi nəzərdə tutulmayıb. Təhsillə bağlı dövlət siyasəti var və buna uyğun olaraq da yeni təhsil proqramları tətbiq olunur və məktəblərdə şagirdlərə dərslər keçirilir”.

Həmçinin oxuyun

ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin …

Bir cavab yazın